"16 yaşımdan elçilərim qapıma düzülüb, məni istəyən oğlan..." - Səidə

"16 yaşımdan elçilərim qapıma düzülüb, məni istəyən oğlan..." - Səidə"16 yaşımdan elçilərim gəlməyə başlayıb"

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Səidə Sultan olub.

Şou-biznesin altından girib üstündən çıxan, həm bu aləmdə əsas simalardan biri kimi görünən, həm də sanki bura aid deyilmiş kimi kənarda qalan müğənni, ilk olaraq 16 yaşından elçilərinin qatar olub qapısına düzüldüyündən danışıb:

"Allah şahid, yaxınlarım şahiddir ki, mənim üçün ailə qurmaq 16 yaşımdan başlayıb, 16 yaşımdan elçilərim gəlməyə başlayıb. Özüm istəməmişəm. Qızsayağı da yox, oğlansayağı yaşamışam. Qız olar, evində yeməyini bişirər, vaxtında evində olar. Ancaq mənim yaşam tərzim elə olmayıb. Mən özüm qazanmışam, hər şeyi özüm idarə etmişəm".

Daha sonra Səidə, istiqamətini dəyişməsinə, onun marağını baltalayan insanların səbəb olmasından söz açıb:

"Əvvəl marağım çox idi. Məqsədim də təmiz idi. Getdiyim yolu da düz seçmişdim. Düzdür, sonralar özümə başım qarışdı. Heç nəyə fikir vermədim. Sonra elə bir məqamlar oldu ki, başladılar mənim marağımı öldürməyə, mən doğurdan da, həvəsdən düşdüm. İndi də məqsədli müğənnilər var. Mənim o cür yanaşmam yoxdu. Gərək özümün ürəyimə yatsın ki, mahnı oxuyum".

Artıq yorulduğunu dilə gətirən sənətçi, hazır məhsul olarsa, çox rahat olacağını bildirib:

"Mən bilirsiz necə iş rejimi istəyirəm? Hazır kökə məsələsi. Mən istəyirəm ki, məni kimsə götürsün, hazır məhsul kimi işlətsin. Artıq ora-bura qaçmaqdan bezmişəm. Bu işləri görmək istəmirəm. Düşmənlərim daha çox oldu. Mən təkəm, arxamda Allahdan başqa kimsə yoxdur. Ömür böyü də özüm tək mübarizə aparmışam. Məni istəməyən insanlar, mənim antireklamımı aparan insanlar çox oldu. Ona görə də, mən hər şeydən küsdüm.

Mən daha bu sənət üçün özümü öldürməyəcəm. Ay hamı getdi qabağa mən qaldım. Getsin. Mənim həmin mahnı ürəyimə yatacaqsa, oxuyacam, yatmayacaqsa, oxumayacam. Belə vecimə də deyil. Bu sənət elə şeylər tələb edir ki, gərək çox şeyindən keçəsən".

Müğənni bununla yetinməyib, anasının ona evlənmək üçün namizədlər axtarışına çıxmağını da vurğulayıb:

"Anam bir də görürsən gəlir evə. Səidə, bir müəllim var. Onun da bir qohumu var. Yaxşı adamdı. Səni istəyirlər. Oğlan da yaxşı oğlandır. Qalıram kəsilə-kəsilə. Mənim artıq elə yaş dövrümdür ki, durub birdən ərə gedə bilmərəm. Bundan sonra mən bəyənə bilmərəm".

"Əgər evlənsən, ailə uşağa qaynıyıb qarışsan, yəqin oxumağı birdəfəlik yadından çıxararsan?" – sualına isə Səidə belə cavab verib:

"Müğənni qızlarımızın çoxunun qanında var ki, ərə getsin, sonra oxumasın. Gedim uşağım olsun, daha bəsdir, istəmirəm, oxumuram, deyirlər. Başqa nə edəsən ey".

Xəbərlər     Baxılıb: 2295   Tarix: 19 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

turlar.az

toy gecesi hamiləlik yay kolleksiyasi valideyn haqqinda praktiki məsləhətlər mektebli sac duzumleri kısa saç hörükləri kosmetika veten haqqinda atalar sozu hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz bayramına aid sekis seksual