16 yaşında intihar edən Aliyənin anası: "Kaş səbəbini bilsəydim..."
"Bircə balamın ölüm səbəbini bilə biləydim..." - İntihar edən Aliyənin anası FƏRYAD ETDİ
Tovuz rayonunda 16 yaşlı Aliyə Qəmbərovanın intiharının bəzi təfərrüatları məlum olub.
Xanim.az xəbər verir ki, Tovuz rayonu Düzqırıqlı kənd sakinlərinin verdiyi məlumata görə, Aliyə Qəmbərova atasız böyüyüb:
"Lap kiçik yaşlarında atasını itirib. Anası böyüdüb. Aliyənin özündən böyük bir qardaşı da var. Kənddə 9-cu sinifə kimi təhsil alıb. Çox yaxşı, ağıllı bir şagird idi. Dərslərindən yaxşı qiymətlər alıb. Təhsilini Tovuz Dövlət Sosial İqtisadi Kollecində davam etdirirdi."
Sakinlərin sözlərinə görə, Aliyə Qəmbərovanın təhsil aldığı müddətdə hər hansı psixoloji problemi olmayıb.
Tovuz Dövlət Sosial İqtisadi Kollecindən Aliyə Qəmbərovanın nümunəvi tələbə olduğunu bildirdilər: "Aliyə gözəl, dərsə davamiyyəti olan tələbə idi. Dərslərindən və imtahanlardan yaxşı qiymət alırdı. Onun ölümü bizə də qəribə gəldi. Axı, belə bir tələbəni intihara hansı səbəb sürükləyib? Bu gün bütün kollec onun yas mərasiminə getmişdik. Anası da bizimlə xeyri dərdləşib ağladı. Deyirdi ki, bircə balamın ölüm səbəbini bilə biləydim."
Tovuzda intihar hadisəsi baş verib. Rayonun Düzqırıqlı kəndi, 2001-ci il təvəllüdlü Aliyə Qəmbərova yaşadığı evdə özünü asıb.
mənbə: aznews.az
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Çinarədən yeni mahnı - AUDİO