16 yaşlı qız dönər yedi, reanimasiyaya düşdü - Azərbaycanda/YENİLƏNİB
Dönərdən zəhərləndiyi deyilən Tovuz rayon Qovlar kənd sakini Gülər Hüseynova artıq evə buraxılıb.
Xanim.az xəbər verir ki, bu barədə publika.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyeva məlumat verib.
M.Quliyeva bildirib ki, ona ilkin yardım göstərilib, vəziyyəti ağır olmadığına görə stasionara yerləşdirilməsinə ehtiyac qalmayıb: "Gülər Hüseynova zəhərlənmə əlamətləri ilə dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib. Ona ilkin yardım göstərilib, vəziyyəti ağır olmadığından xəstəxanada saxlanılmayıb. İlkin məlumatda o, dönərdən zəhərləndiyini deyib. Lakin bayram günləri olduğundan insanlar qidaları qarışdırırlar. Həmin qız da dönərlə yanaşı, evdə kartof yeyib, müxtəlif sərinləşdirici içkilər qəbul edib. Çoxlu qida qəbul etdiyindən onun dönərdən zəhərlənməsini birmənalı şəkildə deyə bilmərik. Bu, sadəcə həmin xanımın iddiasıdır. Ola bilər ki, qəbul etdiyi digər qidalardan zəhərlənsin".
10:17
Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
mənbə: report.az
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bred Pitt Ancelina Coliyə məğlub oldu
Aygün Kazımovanın səhhəti necədir? - Səhnəyə bu tarixdə qayıdacaq
Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece
İnsanlar niyə yuxuda danışır?
Azərbaycanlı müğənni 13 dəfə əməliyyat olunduğunu etiraf etdi
Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ