16 yaşlı qızı evlənmək bəhanəsiylə Bakıya çağırdı və olanlar oldu

16 yaşlı qızı evlənmək bəhanəsiylə Bakıya çağırdı və olanlar olduDələduzluq və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az Teleqraf.com-a istinadən xəbər verir ki, Şahin Quliyev 23 noyabr 2015-ci il tarixdə 2000-ci il təvəllüdlü Vəfa Əliyevaya (ad və soyad şərti verilib - red.) onunla ailə quracağı barədə yalan vədlər verərək, etibarını qazanıb.

Bu etibardan istifadə edən Şahin Quliyev Vəfaya özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını götürüb, Bakı şəhərində birgə kirayişin yaşamağı təklif edib.

16 yaşlı qızı necə aldadıb?

Vəfa Əliyeva da öz növbəsində Şahin Quliyevin vədlərinə inanıb. O, yaşadığı Quba şəhəri, Ə.Nərimanov küçəsindəki evdən nənəsi Tükəzbanın (ad və soyad şərti verilib - red.) ona bağışladığı ümumilikdə dəyəri 6000 manat olan "Kardinal" markalı qızıl boyunbağını və qolbağını, 1 ədəd "Tross" formalı boyunbağını, 1 ədəd kəpənək formalı nişan üzüyünü, 1 ədəd nazik boyunbağını, 1 ədəd yaşıl qaşları olan qızıl üzüyünü, 1 cüt qızıl sırğanı və 2 ədəd gümüşdən olan komplektləri götürüb.

Qızılları götürən Vəfa Şahin Quliyevlə birgə Bakı şəhərinə gəlib. Şahin Quliyev metronun "Neftçilər" stansiyasının qarşısında Vəfa Əliyevanın özü ilə gətirdiyi zinət əşyaları ələ keçirib.

Təcavüz

Şahin Quliyev həmin qızılları elə Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən qızıl qəbulu mağazasında Firudin İbrahimova 1.646 manata satıb.

Daha sonra Şahin Quliyev Vəfa Əliyeva ilə Xətai rayonu, Babək prospekti şərq qurtaracağı 106 "D" ünvanında yerləşən "Günəş" otelinə gəliblər. Şahin Quliyev oteldə Vəfa Əliyeva ilə könüllü cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli hərəkətlər edib.

Şahin Quliyev Vəfa ilə cinsi əlaqədə olandan sonra onu oteldə qoyub və oranı tərk edib. Oteldə tək qalan yetkinlik yaşına çatmayan qız valideynlərinə məlumat verib və Bakı şəhərinə evlənmək məqsədilə gəldiyini, burada oteldə təcavüzə məruz qaldığını deyib.

Vəfa Əliyevanı oteldən tapan valideynləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən Şahin Quliyev həbs edilib.

Şahin Quliyev Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.

Cəza: 4 il 6 ay

Xətai rayon Məhkəməsinin hökmü ilə Şahin Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib.

Şahin Quliyev şikayətində bildirib ki, Vəfa Əliyeva ilə məcbur cinsi əlaqədə olmayıb. Ona qarşı dələduzluq da etmədiyini deyən Şahin Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmdən narazı qalan zərərçəkmişin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib və Xətai rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xəbərlər     Baxılıb: 1899   Tarix: 02 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

sac duzumleri kosmetika mehsullari hamiləlik 8 mart tebrikleri balqabaq yagi kişi sonsuzluğu zebra keksi kosmetika novruz bayramına aid hakışda olumu atalar sozu nizami gəncəvi hekaye janri