2 ay canavarlar və ayılar arasında yaşayan 4 yaşlı qız - FOTOLAR
Yakutiyanın (Rusiya) ucqar kəndində kiçik qız təxminən iki həftə ərzində tayqada canavarlar və ayılar arasında yaşayıb. Bütün bu müddət ərzində Nayda ləqəbli it onu qoruyub və bədən hərarəti ilə isidib. Xilasedicilərin qızı aşkarlamasında da dördayaqlı dostU rol oynayıb.
Respublika.info interaz-a istinadən xəbər verir ki, qızın anası 22 yaşlı Talina danışır: "O, inanılmaz dərəcədə güclü xarakterə malikdir. Hətta tapılanda belə gözlərində qorxu hissi sezilməyib. İndi hadisədən bir il sonra əvvəlki tək uşaqlarla qaçır, oynayır. Onun bir vaxtlar dəhşətli stress keçirdiyinə inanmaq mümkün deyil. Amma insanlar o günlər barədə sual verəndə xoşuna gəlmir".
4 yaşlı Karina iti ilə birgə tayqada itib. O, atasının arxasınca qaçıb, lakin valideyn qızının ona tərəf qaçdığını hiss etməyib. Qızın nənəsi isə nəvəsinin atası ilə getdiyindən əmin olduğuna görə narahat olmayıb.
Nayda ləqəbli it qızın arxasınca gedib və 9 gün ərzində onunla qalıb. Daha sonra it kömək üçün evə qayıdıb, buna baxmayaraq xilasedicilərin qızın tez bir zamanda izini tapmalarına nail ola bilməyib.
Karina bütün bu müddət ərzində çaydan su içib və sağ qalmaq üçün giləmeyvə yeyib.
İt qayıtdıqdan 3 gün sonra xilasedicilər çay yaxınlığında itin pəncələrinin yeri yaxınlığında qızın izlərinə rast gəliblər. Beləliklə qızın Rusiyanın ən böyük regionu Saxa Respublikasının qərbində olduğu aydınlaşıb. Region sahə baxımından Hindistan ərazisinə bərabərdir.
Keçilməz kolların yer aldığı rayonda kiçik qızın axtarışı samanlıqda iynə axtarışına bənzəyirdi.
Nəhayət qızcığaz aşkarlandı: ac və taqətdən düşmüş uşağın bədənində ağcaqanad dişləməsi izlərinə rast gəlinib. O, hündür otlar arasında uzanmışdı.
Nayda qızın yanında yatıb, məhz bu, qızın donmasının qarşısını alıb. Müalicədən sonra evə qayıdan qız itini məzəmmət də edib: Məni orada nə üçün tək qoydun?
Anasının Karinaya lazımi qədər diqqət ayırmaması sosial şəbəkələrdə hiddətə səbəb olub.
Bu heyrətləndirici xilasetmə əməliyyatından xatirə olaraq Yakutsk hava limanında kiçik bürünc heykəl qoyulub.














Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri