2 dəfə həbsə düşən şəxs hönkürüb ağladı - "Ata-anamın dəfninə gedə bilmədim" – VİDEO

2 dəfə həbsə düşən şəxs hönkürüb ağladı - "Ata-anamın dəfninə gedə bilmədim" – VİDEOARB TV-də yayımlanan "Rezonans" verilişində məhbus Taleh Həziyev həyat hekayəsini bölüşüb.

Taleh Həziyev (cəzası 15 il): "10 ildən çoxdur həbsdəyəm. Həbsdə olarkən anamı da, atamı da itirdim. 3 övladım var. Deyirlər ki, əsl ağrını hiss etmək istəmirsənsə, bir evlənmə, bir də övladın olmasın. Bu kəlmənin altında çox dərin məna var. İnsan əziyyəti övladları üçün keçirir. İkinci məhkumluğumdur. İlkini Rusiyada çəkdim 2.5 il. Cavan idim o vaxt, dava oldu. Dava ilə əlaqədər oldu. İndiki hadisə isə olmamalıydı. Özümdən asılı olmayaraq onu öldürdüm. Biri var şüurlu şəkildə fikrləşib kiminsə həyatına qıyasan, biri də var ki, istəmsizcəsinə özündən asılı olmayaraq. Necə etdiyimi belə bilmədim. İçkili olub insanı həyatdan məhrum etmişəm. Özümə bağışlaya bilmirəm. Mən kiməsə can verməmişəm, amma cana qıydım".

Daha sonra Taleh Həziyev həbsə düşdükdən sonra ailəsində baş verənlərdən söz açıb: "Övladlarım çox kiçik idi. Çox əzab çəkiblər. Evdə ata mütləq lazımdır. Ailə başçısı olmayandan sonra ailə üçün çox çətin olur. Mən onların yanında ola bilmədim. Şükür Allaha ki, onlar böyüyüb. Onları böyüdüb boya-başa çatdıran analarına minnətdaram. (ağlayır) Belə bir məsəl var ki, kişi ağlamaz. Çox çətinliklərlə rastlaşmışam, amma mənim gözümdən yaş çıxmayıb. Amma mənəvi əzab toxunanda, kişi bir tərəfə, daş da ağlayar. Anam yanıma gəlirdi. Son dəfə görüşəndə, gedəndə çevrilib üzümə baxdı. Başa düşmədim nə üçün elə baxmasını. 1 həftə sonra anamı itirdim. Özüm özümə nifrət elədim. Beli bükülmüş halda, yeriyə bilmirdi, amma məni görməyə gəlirdi. Mən onun dəfninə gedə bilmədim. O, ölən gün mən onu yuxuda gördüm. Onu təsəvvür belə etmədiyim formada qeyri-adi geyimdə gördüm. Atamı da burada olarkən itirmişəm. Həbsxana mənə öyrətdi ki, bir daha düşünülməmiş addım atmayım. Daha sonra burada sənət öyrəndim". baku.ws

Xəbərlər     Baxılıb: 1721   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

gozel gorunmek gelinlikler sac duzumleri şəxsi inkişaf fransiz qadinlari sac düzümləri bürclərin sevgi cədvəli kosmetika kökəlmək üçün kurtlar vadisi banan gozde olar rəksanə