20 milyonluq təzminat davasında qalib gəldi
Amerikalı məşhur müğənni Meray Keri 1994-cü il tarixli hit mahnısı "All I Want for Christmas Is You"nun müəllif hüquqları məsələsində qalib gəlib.
azxeber.com xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə yazar Endi Stoun və Troy Pauers Keri-yə qarşı iddia qaldırmışdılar. Onlar iddia edirdilər ki, 1988-ci ildə eyni adlı mahnını yazıblar və bu bəstə 1993-cü ildə ölkə musiqisi janrında hit olub, geniş yayılıb. Onların fikrincə, Keri, mahnının kommersiya uğuru səbəbindən ona əlçatan olub.
Lakin federal məhkəmə hakimi musiqişünaslıq analizi ilə müəyyən edib ki, bu iki mahnı fərqlidir. Hakim, Stounun Keri-nin mahnısını kopyaladığına dair heç bir sübut təqdim etmədiyi üçün iddianı rədd edib və ona Kerinin vəkillərinin xərclərini ödəməyi məcbur edib. Stouna isə yüngül hüquqi arqumentlər və təsdiq olunmamış faktik bəyanatlar ilə məhkəməni narahat etdiyi üçün isə cərimə tətbiq edib.
Qeyd edək ki, Endi sənətçidən 20 milyon dollar təzminat tələb edirdi.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın