200 ton qızılla batan gəmi tapıldı - FOTO

200 ton qızılla batan gəmi tapıldı - FOTOKolumbiya ordusu 300 ildir su altında qalan və 1708-ci ildə batarkən içində təxminən 200 tona yaxın qızıl, gümüş və zümrüd daşıdığı güman edilən İspaniyanın "San Xose" gəmisinin qalıqlarının görüntülərini paylaşıb.
Publika.az  Teleqraf.com-a istinadla xəbər verir ki, Kolumbiya ordusu müşahidə missiyası çərçivəsində Karib dənizi sahillərində təxminən 950 metr dərinlikdə olan İspaniyanın "San Xose" gəmisini ələ keçirib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzarəti altında aparılan müşahidə missiyası nəticəsində 300 ildir su altında qalan gəmiyə heç bir insan müdaxiləsi olmayıb.
Paylaşılan görüntülərdə Xəzinə yüklü batmış gəmidə qızıl, çini, dulusçuluq, şüşə butulka və toplar aydın şəkildə görünür. Gəminin burnu dəniz yosunu və balıqlarla örtüldüyü halda, gövdəsi daha aydın görünür.
200 ton qızılla batan gəmi tapıldı - FOTOKolumbiya prezidenti İ.Duke müşahidə missiyası ilə bağlı verdiyi açıqlamada deyib ki, texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində şəkillər çəkə biliblər.
Duke deyib ki, batan gəmi gələcəkdə həyata keçirilməsi gözlənilən xilasetmə işləri üçün qorunub saxlanılır.
Səlahiyyətlilər həmçinin müşahidə missiyası zamanı müstəmləkə və post-müstəmləkə dövrünə aid ümumilikdə daha 2 batan gəminin aşkar edildiyini açıqlayıb.
"San Xose" 1708-ci ildə Britaniya donanması tərəfindən Kartaxena yaxınlığında batırılanadək İspaniya Krallığına məxsus olub. Gəminin 600 nəfərlik heyətindən yalnız bir neçəsi sağ qalıbmış. Amerikadan Avropaya gedərkən batdığı zaman bugünkü pulla milyardlarla dollar dəyərində olduğu təxmin edilən xəzinələrlə dolu gəmi 2015-ci ildə kəşf edilmişdi.
200 ton qızılla batan gəmi tapıldı - FOTOMütəxəssislər batmış gəmidə ən azı 200 ton qızıl, gümüş və zümrüd olduğunu qeyd edirlər. Gəminin qalıqları aşkar edildikdə, o zamankı Kolumbiyanın prezidenti Xuan Manuel Santos gəmini "dünya tarixində indiyə qədər tapılmış ən qiymətli xəzinə" adlandırmışdı.
Qeyd edək ki, Kolumbiya öz ərazi sularında tapılan dağıntıları mədəni irsinin bir hissəsi hesab edir, bu isə o deməkdir ki, gəmidəki xəzinələri satmaq olmaz. İspaniya isə xəzinənin İspan gəmisində olduğu üçün onlara aid olduğunu, Boliviya isə ispanların yerli əhalini qiymətli əşyalarını əlindən aldığı üçün xəzinənin onlara təhvil verilməsini istəyir.

Maraqlı     Baxılıb: 2281   Tarix: 09 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

qadin sayti sade makiyaj sekilleri donlar 2026 bürclər gündəlik qadın müdafiəsi tutma reseptleri geyim və ayaqqabılar kosmetika novruz bayramına aid hakışta narin faydasi ağır itki novruza aid ziyafet geyimleri