2016-cı ildə boşanan, evlənən və nişanlanan yerli məşhurlar - SİYAHI

2016-cı ildə boşanan, evlənən və nişanlanan yerli məşhurlar - SİYAHI2016-ci ildə tanınmışlar yeni mahnılarla, kliplərlə, qalmaqallarla yanaşı, şəxsi həyatlarıyla da yadda qaldı.
Qadinsayti.az axşam.az-a istinadən bu il ailə quran və boşanan məşhurların siyahısını təqdim edir:

Ayrılan tanınmışlar:

Müğənni Lətifə Soyuöz 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Onun bu evlilikdən bir oğlan övladı var.

İlin ən gözlənilməz boşanma xəbəri ATV-nin aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu olub. Uzun illərdir ailəli olan cütlük boşanıb. Onların bir qız övladı var.

Rejissor Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşanıb. Onların üç övladı var.

Müğənni Cavid Hüseyn bəstəkar xanımı Sevinc Ağasıyevadan boşandığını bildirib. Cütlüyün iki övladı var.

Aparıcı Nurlana Cəfərova ötən ilin mayında ailə qurduğu Türkiyə vətəndaşı Mehmetlə ayrılıb. Onlar bu ilin fevralında rəsmən boşanıblar.

Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir.

Müğənni Dilarə Kazımova da türkiyəli əri Mert Aslanla ayrılıb. Deyilənə görə, ifaçının hazırda keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsi yoxdur.

2016-cı ilin ailə quranları:

Müğənni Elçin Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Onların toyu apreldə olub.

Aparıcı Kamran Quliyevin də bu il toyu oldu. O, Aytən adlı xanımla apreldə nikah masasına oturub.

Aparıcı Azər İsmayılov ikinci dəfə ailə qurub. A.İsmayılov Nəcibə adlı xanımla nikah masasına oturub.

Müğənni Aytac Vidadiqızı Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurub.

Müğənni Aysel Babayeva Fərid Mehdiyev adlı rəqqasla ailə qurub.

Aparıcı Tamilla Şirinova avqustda Avstriyada ərə gedib.

"O səs Türkiyə" yarışmasından tanınan müğənni Leyla Rəhimova Zaur adlı şəxslə ailə qurub. Leyla hazırda Ameriakada yaşayır.

"Eurovision" təmsilçilərimizdən olan Fərid Məmmədov da apreldə nikah masasına oturub.

"O səs Türkiyə" yarışmasından tanınan müğənni Elgün Quliyevin toyu olub. O, eyni zamanda əməkdar artist Elxan Quliyevin oğludur.

Aparıcı Yelena Sidorenkonun apreldə toyu olub. O, Mehdi adlı şəxsə ailə qurub.

Aparıcı Sima Çələbi həmkarı Firuzə Cəlilovanın qardaşı ilə ailə qurub.

Musiqili Teatrın aktyoru Nicat Əli də 2016-cı ildə subaylığın daşını atıb.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Mariya Dubovitskaya ailə həyatı qurub. O, restoran sahibi Ziyad Əliyevlə ailə qurub.

Futbolçu Ruslan Abışov bir neçə gün əvvəl ailə qurub.

Karateçi Rafael Ağayevin toyu 2016-vı ilin iyununda baş tutub.

Aparıcı İradə İsak ikinci dəfə ailə qurdu. O, həmkarı Yaşar İsakovla nikah masasına oturdu.

Xalq artisti Firuz Əliyevin musiqiçi oğlu Əlinin bir neçə gün əvvəl toyu olub.

Bu il bir neçə tanınmış nişanlandı. Onlardan biri də aparıcı İlkin Həsəni olub. İlkin ATV-də çalışan Aysel adlı xanımla ailə qurmağa hazırlaşır.

Müğənni Natavan Həbibi bu yaxınlarda nişanlandığını deyib.

Bu il nişanlanan tanınmışlardan biri də Türkiyədə yaşayan müğənni Günel Zeynalova olub. O, Cem Ozan Torunlar adlı şəxslə nişanlanıb.

Xəbərlər     Baxılıb: 1924   Tarix: 08 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ

"Allergiya vaxtında müalicə olunmadıqda astmanın yaranmasına gətirib çıxara bilər". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyev

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

maskalar qaşların formalari qadın geyimi milli yeməklər bakirəliyin pozulması pomidorun ziyani şirniyyat ve tortlar kosmetika paxlava faydalı məsləhətlər maya maskasi hakisdalar laylalar