22 yaşlı qızda xərçəng aşkarlandı
Avstraliyada 22 yaşlı qız xərçəng simptomlarını menstruasiya ilə səhv salıb. Şarlotta Lasike adlı qız uzun müddət bağırsaq xərçənginin simptomlarını menstruasiya ağrısı hesab edib.
Milli.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Español" nəşri məlumat yayıb.
Lasikenin sözlərinə görə bir gün qarın ağrısı, spazm və köp kimi narahatlıqlar yaşamağa başlayıb. O, bu əlamətləri qidalanma ilə bağlı səhvlər və menstruasiya ilə əlaqələndirib. Lakin vəziyyət getdikcə pisləşib. Daha sonra tibb təhsili alan bir rəfiqəsi onu mütləq həkimə getməyə razı salıb.
İlkin müayinədə qastroenteroloq belə gənc yaşda bağırsaq xərçəngi ehtimalını istisna edib. Lakin aparılan əlavə testlər nəticəsində Lasikenin bağırsaq xərçənginə tutulduğu məlum olub.
Məlumata görə həkim bu diaqnozdan təəccüblənib, çünki onun praktikasında bu qədər gənc yaşda bu xəstəliklə qarşılaşan ilk pasiyent Lasike olub. Qeyd edək ki, bu diaqnoz əsasən 50 yaşdan sonra müəyyən edilir.
Gənc qadın kimyaterapiya və cərrahi müdaxilə nəticəsində remissiya mərhələsinə keçib və hazırda vəziyyəti sabitdir.
Xatırladaq ki, daha əvvəl məktəbdə keçirilən göz müayinəsi zamanı 7 yaşlı bir uşağın beyində xərçəng şişi aşkarlanmışdı.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi