23 yaşlı aktrisanın bədəninə ELƏ QİYMƏT QOYDULAR Kİ: "Dedi, birgecəlik sevgilim ol, sənə..."- FOTOLAR

23 yaşlı aktrisanın bədəninə ELƏ QİYMƏT QOYDULAR Kİ: "Dedi, birgecəlik sevgilim ol, sənə..."- FOTOLARMüsahibim gənc aktrisa Gülmira Fərzəliyevadır. "Məryəm", "28 iyun" seriallarında, "Sara", "Gizlənpaç", "Bayram axşamı", "Zarafatsız" və digər filmlərdə oynadığı obrazları ilə tanınıb. Bu günlərdə tədbirlərin birinə geyindiyi açıq-saçıq libası ilə sosial şəbəkədə müzakirə olunan aktrisanın

Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Çox gəncsən, amma əksər seriallarda rol alırsan.

– Ürəkdən işləyirəm və çox səbrliyəm. İki gün gecə-gündüz işləyim, demirəm ki, ay bezdim, çəkilişlər tez bitsin, gedim dincəlim və s.

– Həmişə də mənfi obrazlara çəkilirsən. Məryəm serialında əsl ifritəydin… Bəs həyatda necəsən, ifritəliyin var?

– Cox sakit insanam.

– Səni son həddə çatdırsalar da?

– Kimsə dəhşət dərəcədə əsəbiləşdirsə, hisslərimi cilovlaya bilməyəcəm. Amma bu da nadir halda olur.

– İldə neçə dəfə?

– İldə yox, 23 yaşım var, bəlkə də bu yaşıma qədər iki dəfə belə qəzəblənmişəm, ya yox. O da məktəb vaxtıma düşüb.

– Çox cəsur geyimlərlə diqqət çəkirsən.

– Geyim barədə kompleksim yoxdur. Bədən ölçülərim buna imkan verir, mən də geyinirəm.

– Necə deyərlər, el qınağından qorxmursan.

– Bəzən əsəbiləşirəm. Hollivud ulduzları, ya elə özümüzün ulduzlarımız – Röya, Aygün haqqında da şayiələr danışılır. Mən də artıq başlamışam fikir verməməyə. Sevənlər mənə bəs edir.

– Subay qızsan, birdən sevdiyin oğlan dedi ki, belə geyinmə, reaksiyan necə olar?

– Mən azadlığı sevən biriyəm. Nəyisə istədimsə, mütləq edəcəm. Bir sağlamlıq, bir də azadlıq – bu ikisini çox sevirəm.

-Sevgilin olsa, belə deməzsən yəqin?

– Yox, sevgilim var, işimə qarışmır. Demişəm ki, bu, mənim işimdir, qəbul edirsən et, etmirsənsə ayrılaq.

– Heç telefonuna gələn mesajlarına baxır?

– Yox. Şəxsi əşyalarıma kiminsə toxunmasını sevmirəm.

– O oğlanı hansı xüsusiyyətinə görə seçdin?

– Mənə sərhəd qoymur. Belə xoşdur, sərhəd qoysa xoşuma gəlməz.

– Səncə, oğlanın qısqanclığı sevgisindən xəbər verir, yoxsa eqoistliyindən?

– Mən qısqanan oğlanları bir neçə qrupa bölürəm. Bəziləri özünü göstərir, guya çox namuslu-qeyrətlidir. Bəziləri qızın gözünə girmək üçün oyun oynayır, bəziləri də həqiqətən sevir.

– Yataq səhnəsinə çəkilməyə razılıq verərsən?

– Baxır necə? Tam çılpaq çəkilmərəm.

– Bir ara açıq-saçıq fotoların yayıldı. Əks-cinsin nümayəndələri bu fotoları necə qarşıladı?

– Mən çimərlik fotolarımı da paylaşmışam. Təhqir edənlər də olur. O qədər yazırlar, bezirəm. Cavab verməyə yoruluram. Bəzən yazırlar ki, "salam, necəsən?" Elə bil məni 10 ildir tanıyırlar. Belələrinə cavab vermirəm.

– Başqa nə yazırlar?

– Yazırlar ki, sizi yeməyə dəvət edirəm. Bu, normaldır, amma yataq təklifi edənlər də olur. Yazır ki, "birgünlük mənim olarsanmı, bir gecənə nə qədər istərdin?" yaxud da hansı hədiyyəni istəyirsiz? Silirəm və blok edirəm.

– Belə təkliflərdən əsəbiləşirsən?

– Əsəbiləşmirəm, adi qəbul edirəm. Yəqin kiminsə xoşuna gəlmişəm ki, belə təkliflər edir də.

– Evdə sənə qadağalar qoyurlar?

– İlk dönəmlərdə səhnəyə çıxmağımı qəbul etmirdilər. Amma sonradan öyrəşdilər. İndi alışıblar.

– Bəs qohum-əqrəba nə deyir?

– Filmdə görən kimi hamısı zəng edib, xoş sözlər söyləyirlər.

– Öpüş səhnəsinə çəkilmisən?

– Çəkilməmişəm, amma çəkilərəm. Bir şərtlə ki, həmin aktyorun xarici görünüşü xoşuma gəlsin. Xoşlamadığım kişi ilə öpüşmərəm, ayaqlarımın altına pul töksələr belə…

– Mənə çox maraqlıdır, qarderobda qapalı geyimlərin var?

– Bəzən uzun, qapalı libaslar geyinirəm. Məsələn, Dubaya gedəndə çarşab örtdüm. Hərdən açıq-saçıqlıq da adamı bezdirir axı.

– Gözəlliyinə görə paxıllığını çəkənlər olur?

– O qədər… Bəzən yazırlar ki, bu geyim sənə yaraşmır. Yaxud da bu rolu səndən yaxşı oynayardım.

– Elə bir obraz varmı ki, oynamaq arzusundasan?

– İfritə obrazlarının sayını artırmaq istəyirəm. Mənfi rolları insanlar daha çox bəyənir.

– Bəs fahişə obrazında necə, çəkilərsən?

-Oynayaram.Təklif olub, amma razılıq verməmişəm.

-Niyə?

– Pula görə, az qonorar deyiblər.

Xəbərlər     Baxılıb: 1754   Tarix: 03 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli toy makiyajlari cantalar 2026 bürclərin sevgi cədvəli cinsi yaxinliq qadinlar haqqinda maraqli melumatlar kosmetika novruz bayramina aid hakisdalar haqisda qiz evi haxista cekc pornuxa kökəlmək üçün