28 May - Cümhuriyyət günü

28 May - Cümhuriyyət günüBu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 ili tamam olur.

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etdi.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu.

Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Həmin gün Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

    Baxılıb: 3127   Tarix: 28 may 2015
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səidə Sultan yenə dəyişdi - FOTOLAR

Müğənni Səidə Sultan imicində dəyişiklik edib. xəbər verir ki, hər zaman fərqli saç rəngində görünən ifaçı bu dəfə də saçlarını boz rəngə boyayıb. Səidə yeni imici ilə fətəlarını sosial şəbəkədə paylaşıb. Onun saç rəngi izləyicilə

.

Reklam Havanın hərarəti 42 dərəcəyədək yüksələcək - SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitini

.

Alişanı yamsıladı - efirə gecə geyimində çıxdı

"Beyaz TV"də yayımlanan "Söylemezsem Olmaz" proqramında maraqlı anlar yaşanıb. Aparıcı Ece Erken verilişinə gecə geyimində çıxıb. Bir vaxtlar Alişanın öz proqramına gecə geyimində çıxmasını yamsılaya

.

Damlanı görənlər tanımadı - HAMI BU FOTODAN DANIŞIR

Tanınmış müğənni Damladan xəbər var. xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında fərqli fotosunu paylaşıb. Belə ki, hər zaman qara rəngli saçlarla izləyicilərinin qarşısına çıxan Damla bu dəfə sarı rənglənmiş saçlarıyl

.

Fədayə Laçının bu VİDEOsunu görən bacısı studiyanı gözyaşı içində tərk etdi - FOTO

Ötən axşam "5/5"in efirində qonaq olan İlahə Fəda hazırda həbs həyatı yaşayan xanım sənətçi Fədayə Laçına həsr edilən videosüjet zamanı gözyaşını saxlaya bilməyib. xəbər verir ki, Zaurdan kadrları saxlamağını istəyə

.

Mervedən yeni imiciylə "geri qayıtdım" mesajı - fotolar

Uzun müddətdir keçmiş həyat yoldaşı Murad Dalkılıçın aktrisa Hande Erçellə eşq yaşaması xəbərləri ilə gündəm olan Merve Boluğur imicini dəyişib. Qara saçlarına qayıdan aktrisa onları qısaldıb. Merve sosial şəbəkədə yayıla

.

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür?

Edison "hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir" deyəndə bəlkə bir az ifrata varırdı. -a xəbər verir ki,Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan "Cahilliklər kitabı"

.

Hamilələr üçün sevimli, amma təhlükəli yay

Uşaqdan böyüyə hamının sevdiyi yay fəslinin ilk iki ayı arxada qaldı. Bağ mövsümü, istirahət zamanı olduğundan hamı Xəzərin sahilinə, qumsallıqlara can atır. Amma unutmayaq ki, hər gözəl olan bir qədər də təhlükəlidir. B

.

Könül Kərimovanın növbəti arxiv görüntüləri yayıldı - TANINMAZ HALDA - VİDEO

Əməkdar artist Könül Kərimovanın növbəti arxiv videosu yayılıb. xəbər verir ki, ifaçının əməliyyatsız görütüləri böyük müzakirələrə səbəb olub. Toyların birində lentə alınan video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb

turlar.az

sonxeber.az geyim və ayaqqabılar qadin sayti geyim şəkilləri zebra keksi halva reseptləri sepkilere qarsi maska dadlı yemək kosmetika haqisda burclerin uygunlugu yemekler haxisdalar oglan evi