Hamilələr üçün sevimli, amma təhlükəli yay

Hamilələr üçün sevimli, amma təhlükəli yayUşaqdan böyüyə hamının sevdiyi yay fəslinin ilk iki ayı arxada qaldı. Bağ mövsümü, istirahət zamanı olduğundan hamı Xəzərin sahilinə, qumsallıqlara can atır. Amma unutmayaq ki, hər gözəl olan bir qədər də təhlükəlidir. Bu da faktdır ki, yayın təhlükəsinə ən çox məruz qalanlar körpələr, hamilə və zahı qadınlardır.

Xanim.az Axşam.az-a istinadən yayda hamiləliyi necə keçirməklə bağlı məsləhətləri təqdim edir:

Necə qidalanmalı?

Hamilə qadın isti aylarda duzlu, yağlı və qızarmış yeməklərdən imtina etməlidir. Çiyələk və pomidor isə allergiya verə bilər. Yay ayında hamilə qadın üçün kabab və süd məhsullarından yaxşı heç nə yoxdur. Ekzotik meyvələr erkən doğuşa gətirib çıxarır. Yayda qida rasionunu "işıqfor rejimi"nə görə qurun. Əgər boşqabında qırmızı, sarı və yaşıl meyvələr varsa, demək, orqanizm vitamin və mikroelementlərlə zənginləşəcək. Əgər bədəndə mikroelement və vitamin çatışmazlığı varsa və həkim sizə "polivitamin kompleksi" qəbul etməyi məsləhət görübsə, diqqətli olun. Çünki bu elementlər yay aylarında zəhərlənmə verə bilər. Həm uşağın, həm də özünün sağlamlığını istəyirsənsə, dadlı olan heç nədən imtina etməyin.

Hamiləlikdə bədənin şişməsinə baxmayaraq, yayda çoxlu su için. Hamilə qadın özünü suya həsrət qoymamalıdır. Gün ərzində tər vəzilərinin aktivləşməsi nəticəsində su bədəndən tər vasitəsilə çıxacaq. 60-80 kq. olan qadın gün ərzində 1,5-2 litr su içməlidir. Amma nəzərə alın ki, konservant şirələr və kompot suyu bədənə toplanır. Ən yaxşısı suyu qarpız, yemiş və xiyarla əvəz etməkdir.

Üzmək olar?

Üzmək hamıdan çox hamilə qadına xeyirlidir. Bu, həm də gələcək uşağın asanlıqla dünyaya gəlməsinə yardım edir. Amma nəzərə almaq lazımdır ki, çimdiyiniz su ekoloji cəhətdən təmiz olmalıdır. Axı hamilə qadının orqanizmi həssas olduğu üçün o, ən kiçik mikroba da reaksiya verir. Su bədəndə və ayaqlarda yaranmış şişkinliyi aradan götürür, təzyiqi normallaşdırır və nəfəsalmanı yüngülləşdirir. Amma nəzərə alın ki, ən isti günlərdə belə çimdiyiniz suyun temperaturu 37 dərəcədən aşağı olmamalıdır.

Gündə qaralma və hava vannası

Hava yaxşı olsa belə hamilə qadın ancaq kölgədə oturmalıdır. Çünki onların bədəni ləkəni tez götürməyə meyilli olur. Gündən çox, hava vannalarına üstünlük verin. Çöldə bir neçə fiziki hərəkət etməklə, orqanizmi doğuşa hazırlayın.
Zahı qadının ilk ayı

Südverən ananın pomidor, xiyar, kələm, qırmızı qarağat və çiyələklə qidalanması uşağa xeyirdir. Yayda qida rasionuna qarabaşaq (qreçka) və kartof soyutması da əlavə etsəniz, yaxşı olar. Əgər iştahanız yoxdursa, bu, qorxulu deyil. İsti günlərdə meyvə şirəsi (pomidor, portağal və üzümdən başqa), açıq yaşıl çay, qazsız mineral
su, qatıq, ayran içib, yoqurt yemək həm anaya, həm də uşağa xeyirlidir.

Dəniz və zahı ana

Zahı qadına dəniz suyu çox xeyirlidir. Yayda qaralmaq istəyirsinizsə, günün ikinci yarısından sonra kölgədə oturun. İsti külək gün şüalarını kölgəyə gətirib, dərini qaraldacaq. Zahı qadın yayda soyuq və qatılaşdırılmış süddən,
dondurmadan imtina etməlidir. Pendir və kəsmik bu ərəfədə orqanizmə lazım olan ən xeyirli qidadır.

Əgər uşağın alnı qızarır, dərisində suluq əmələ gəlir, siması bəyazlaşır, gözləri qaralırsa, bu, gündən yanmanın əlamətləridir.

İlkin yardım:

Uşağı böyrü üstə uzadıb, baldır hissələrinə soyuq kompress qoyun. Əgər bədəndə suluqlar əmələ gəlibsə, həmin hissəyə tez-tez su çiləyib, ardıc (mojjevelnik) dəmləməsini kompress kimi qoyun.

Qida zəhərlənməsi:

Əgər uşaqda işləmə, yüksək hərarət, qusma, qarında ağrı və iştahasızlıq varsa, demək, o, zəhərlənib. Dərhal həkimə müraciət edin.

Həşərat dişləməsi:

Dəridə qızartı, şişkinlik və qaşınma həşərat sancmasından xəbər verir. Dişlənmiş yerə bağayarpağı dəmləməsini kompress kimi qoyun. Əgər dəridə qara rəngli ziyil əmələ gəlibsə, demək, uşağı gənə dişləyib. Gənə ayaq və
əldən dərialtına daxil olub, qarından aşağı, ayağın büküşlərinə qədər hərəkət edir.

Qəbizliyin səbəbi:

• Ananın yemək rasionunun hamiləlik vaxtı pozulması;
• Uşağın qida rasionunun pozulması;
• Qarında qaz yığılması;
• Südün əmələ gətirdiyi qəbizlik.

    Baxılıb: 1958   Tarix: 10 iyul 2018
f Paylaş

Oxşar xəbərlər

.

Boşanacaqları deyilən Natavan və Dado təəccübləndirdilər - VİDEO

Bir müddətdir boşanacaqları barədə məlumatlar yayılan müğənni Natavan Həbibi və həyat yoldaşı reper Səid Əliyev (Dado) bu gün eyni şənlikdə birlikdə olublar. Cütlük "Xəzər TV"nin Yeni il üçün xüsusi gecəsində iştira

.

Aygün Kazımovanın sirləri ortaya çıxdı - Fotolar + Video

Son vaxtlar xalq artisti Aygün Kazımovanın görünüşündəki dəyişiklər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzuya çevrilib. Bir çoxları müğənnini gənc qızlardan daha təravətli gördüklərini bildirərək, bunun səbəbi barəd

.

Röya Aygünü məhkəməyə verdi - Yenilənib

Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib. Bu barədə sənətçinin vəkili Namiq Şükürov saytına açıqlamasında bildirib:. "Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olara

.

Leyla Əliyeva "Jara"da rəqs etdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara - 2018" Beynəlxalq Musiqi Festivalının ikinci günündə də ulduzlarla birlikdə qırmızı xalı üzərindən keçib. -ə istinadən xəbər verir ki, "Jaranın ilha

.

Damlanı görənlər tanımadı - HAMI BU FOTODAN DANIŞIR

Tanınmış müğənni Damladan xəbər var. xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında fərqli fotosunu paylaşıb. Belə ki, hər zaman qara rəngli saçlarla izləyicilərinin qarşısına çıxan Damla bu dəfə sarı rənglənmiş saçlarıyl

.

Qırmızı lobya şorbası (foto-resept)

Tərkibi:. - 1, 5 l bulyon. - 1 stəkan qırmızı lobya. - 1 baş soğan. - 1 kök. - 1 x.q. tomat. - 2 orta ölçüdə kartof. - yarım dəstə cəfəri. - duz, istiot, sarıkök. Hazırlanması:. Lobyanı axşamdan isladın, səhər suyu süzün

.

Müğənnilərin əvvəlki peşələri - Xadimə, polis, müəllim..

ATV-də yayımlanan "10-dan sonra" verilişində müğənnilərin əsas peşəsi haqda xəbər verilib. axşam.az-a istinadən həmin siyahını təqdim edir:. Elnarə Xəlilova ingilis dili müəlliməsidir. Baloğlan Əşrəfov kənddə müəlli

.

Sibel Canın ağıllardan çıxmayan balkon görüntüləri - FOTO

Sibel Can Bodrumda verəcəyi konsertdən öncə istirahətə vaxt ayırıb. BİG.AZ -a istinadən xəbər verir ki, Can istirahət zamanı fotoqrafların obyektivinə tuş gəlib. Müğənni dəbdən düşməyən balkon pozunu bu dəfə də Çeşmə bölgəsind

.

Reklam Havanın hərarəti 42 dərəcəyədək yüksələcək - SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitini

turlar.az

qis geyimləri 2026 yay geyimləri 2026 geyim və ayaqqabılar buga burcu 2026 infeksion xestelikler tük tökən veten haqqinda atalar sözləri kosmetika vidyolar vətənə aid atalar sözləri xeyanet novruza aid tapmaca