"3 aya bu mahnı ilə milyon qazandım" - Şəbnəm Tovuzlu
"Əlimdən heç kəs almır ki ... Mən 3 ay "Xəstəyəm " adlı mahnımın çörəyini yedim. Məndən əvvəl o mahnı 3 müğənniyə gedib, bəyənməyiblər. 3 aya 30 milyon baxış yığdı. Deyirlər, düzgün təqdimat olmayıb, müğənni mahnını başqa nə cür təqdim etməlidir ki? Bu mahnıya görə məni Moskvadan, bölgələrdən o qədər məclislərə dəvət edirlər ki ... Mahnının sevilməyi necə olur ki ?".
BiG.AZ bildirir ki, bu sözləri Şəbnəm Tovuzlu "Hər şey daxil"də deyib. İfaçı ona dırnaqarası baxıb, uğurunu layiqli dəyərləndirməyən şəxslərə iradını bildirib.
f Paylaş