3 gündən sonra meyiti tapılan xalq artistimiz son mənzilə belə yola salınır - Yasdan FOTO
Xalq artisti Zərnigar Ağakişiyevanın cənazəsi dəfn olunmaq üçün qohumları tərəfindən Quba rayonuna aparılıb.
Aktrisanın cənazəsini doğulduğu Rustov kəndinə aparmaq üçün uzun illər fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrının rəhbərliyi hazırlıq görüb. Hətta cənazə maşını danışılıb, digər vacib məsələlər həll olunub. Amma mərhum sənətkarın qohumları bu köməkdən imtina edib. İmtinanın səbəbi böyük sənətkarın Bakıda dəfn olunmamasıdır. Yaxınları cənazəni rəsmi qurumlardan xəbərsiz, morqdan götürərək aparıb.
Xalq artistinin Qubada keçiriləcək cənazə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin yalnız bölgə üzrə nümayəndələri iştirak edəcək. Bunu saytımıza açıqlamasında nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib./yenicag.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz