3 uşaq anası olan Xalq artisti ailəsindən danışdı

3 uşaq anası olan Xalq artisti ailəsindən danışdıXalq artisti Fidan Hacıyeva APA TV-nin "Səhər zəngi" verilişində qonaq olub.

İfaçı övladlarına qayğısından danışıb:

"Böyük qızım 12, oğlum 10 yaşında, kiçik oğlum isə 2 yaş yarımlıqdır. Ana südü çox önəmlidir. Avropada da buna xüsusi fikir verirlər. Səhnədə olduğum üçün övladlarımı ana südü ilə müəyyən müddət qidalandıra bildim. Avropada bununla bağlı məktəb keçirlər. İngiltərədə hər həftə ana olmağa hazırlaşan xanımlar üçün verilişlər yayımlanır, həmin verilişlərdə qidalanma ilə bağlı məsləhətlər verilir. Orada yenicə dünyaya gələn körpəni ananın qucağına verirlər. Bizdə 3-4 gün xəstəxanada qalmaq olar. Avropada bir gündən sonra ana da, övlad da evə buraxılır".

Fidan xanım atanın övladın tərbiyəsindəki rolundan da söhbət açıb:

"Atam bizimlə bağlı hər şeyə fikir verərdi, təhsilimizə, yeməyimizə, geyimimizə diqqət edərdi. Ümumiyyətlə, ata, ana olmaq üçün hazırlıqlı olmaq lazımdır. Mənim yadımdadır ki, ailə quranda həyat yoldaşım dedi ki, bir övladımız olsun, onu boya-başa çatdıraq. Ancaq elə oldu ki, iki övladımız oldu. Həm sənətdə olmaq, həm də ana olmaq çox çətindir. Çalışıram, övladlarıma yetərincə diqqət göstərim. Sual verirlər ki, efirlərə niyə çıxmıram? Amma vaxt tapmaq çətindir".

"Alış-verişi İngiltərədən edirəm"

Üç uşaq anası olan xalq artisti ildə iki dəfə İngiltərədən böyük alış-veriş etdiyini bildirib:

"Övladlarımın paltarlarını da oradan əldə edirəm. Bütün lazımlı məhsulları alıb gəlirəm, problemlərim olmur. Keyfiyyəti yüksək, qiyməti də Azərbaycandan qat-qat ucuzdur".

Xalq artisti yeni mövsüm üçün nəzərdə tutulan planlarından da bəhs edib:

"Noyabrın 28-də "Arşın mal alan" operettasında ilk dəfə Gülçöhrə rolunda çıxış edəcəyəm. Yeni mahnılar üzərində işləyirəm. Hazırda Eldar Həsənov, Sevinc Ağasıyeva ilə çalışıram. Yeni proqramla konsert verəcəyəm. Artıq iki ildir ki, hər il Heydər Əliyev sarayında solo konsert verirəm. Bu il də yeni proqramla konsertə hazırlaşıram. Keçən il olduğu kimi, bu il də Novruz bayramında Londonda konsert verməyi düşünürəm. Dahi bəstəkarlarımızın əsərlərini yeni aranjemanda təqdim etmək istəyirəm. Bütün səfərlərdə bizim bəstəkarların əsərlərini ifa edirəm. Və həm musiqimiz, həm də sözlər aydın olsun deyə, çalışıram, bir kupleti əcnəbi dilə - ingilis, ya italyan dilinə tərcümə edim".

Xəbərlər     Baxılıb: 2125   Tarix: 01 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

donlar 2026 gozel gorunmek hamiləlik hamiləlik və analıq qadın xəstəlikləri aybasi qani ile cadu xallarin menasi kosmetika naz mila opusme vətənə aid atalar sözləri sevgi terezi