30-50 yaş aralağında günəş altında nə qədər qala bilərik?

30-50 yaş aralağında günəş altında nə qədər qala bilərik?Günəşlənmək təkcə dəriyə gözəl bir tündlük vermək deyil, həm də sağlamlıq məsələsidir. Günəş altında həddindən artıq qalmaq dəri yanıqlarına, vaxtından əvvəl qocalmaya və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.
Milli.Az  bildirir ki, günəş altında təhlükəsiz qalma müddəti bir sıra amillərdən xüsusilə yaş və dərinin fototipindən asılıdır.
Günəşlənməyin ümumi təhlükəsizlik qaydaları
Yaşınızdan asılı olmayaraq, aşağıdakı ümumi qaydalara əməl etmək vacibdir:
Ən təhlükəli vaxt
Günorta saat 11:00-dan 16:00-a qədər birbaşa günəş şüalarından uzaq durun. Bu saatlarda günəş şüaları ən güclü və zərərli olur. Hətta buludlu havada belə, UV şüalarının 80%-ə qədəri dəridən keçə bilir.
Günəşdən qoruyan krem istifadə edin
Günəşə çıxmazdan 20-30 dəqiqə əvvəl SPF 30 və ya daha yüksək qoruma faktorlu krem çəkin. Hər 2 saatdan bir, çimdikdən və ya tərlədikdən sonra təzələyin.
Qoruyucu geyimlər geyinin
Geniş kənarlı papaqlar, gün eynəkləri, uzunqollu və uzunşalvarlı nazik geyimlər əlavə qoruma təmin edir.
Kifayət qədər su için
Günəş altında susuzluq tez baş verir. Su balansınızı daim qoruyun.
Tədricən alışın
Günəşlənməyə az vaxtla başlayın və dəri reaksiyanız müsbətdirsə, yavaş-yavaş artırın.
Dərmanlar
Antibiotik, hormon və ya digər dərmanlar qəbul edirsinizsə, onların günəşə qarşı həssaslıq yarada biləcəyini nəzərə alın.
Yaşa görə günəşlənmə müddətləri
Bu tövsiyələr ümumidir, lakin fərdi dəri xüsusiyyətləri də nəzərə alınmalıdır (məsələn, açıq dərili, açıq gözlü, qızılı saçlı insanlar günəş yanığına daha həssasdır).
30 yaşa qədər
Bu yaşda dərinin regenerasiya qabiliyyəti daha yüksək olur. Amma bu, təhlükəsizlik qaydalarını unudacağınız anlamına gəlmir.
Günə 10-15 dəqiqə ilə başlayın. Dəri yaxşı reaksiya verərsə, 30-40 dəqiqəyə qədər artırmaq mümkündür, lakin daha çox deyil. Vaxtı 2-3 qısa seansa bölün, aralarda kölgədə dincəlin. Ən uyğun vaxt: səhər saat 11-dən əvvəl və axşam 16-dan sonra. Boyun və dekolte nahiyəsi həmişə qorunmalıdır.
30-40 yaş arası
Bu dövrdə dəri elastikliyini itirməyə başlayır və fotoyaşlanma riski artır. Günəşdə birbaşa qalma müddəti 30 dəqiqədən çox olmamalıdır.
Ən ideal: 10-15 dəqiqəlik qısa seanslar.
SPF 30-50 arası qoruyucu krem istifadə edin.
Üz, boyun və dekolte zonalarına xüsusi diqqət yetirin.
40-50 yaş arası
Bu yaşda dəri UV şüalarına daha həssas olur. Piqment ləkələri və qırışların yaranma riski artır. Günəş altında birbaşa qalma müddətini 15-20 dəqiqə ilə məhdudlaşdırın. Xüsusilə günəşin ən güclü olduğu saatlarda kölgədə qalmaq tövsiyə olunur. SPF 50+ qoruyucu kremlərdən istifadə edin. Geniş papaqlar, uzunqollu və nazik paltarla bədəninizi qoruyun. Gün eynəkləri taxmağı unutmayın.
Fərdi xüsusiyyətləri nəzərə alın
Hətta bu normaya əməl etdiyiniz halda belə, dərinizin reaksiyasını izləyin. Əgər azacıq da olsa qızartı, yanma və ya narahatlıq hiss edirsinizsə dərhal kölgəyə keçin.  /Lent.az 
Milli.Az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 13 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi reseptler salatların bəzədilməsi qadindunyasi.az sarımsaq tutun xeyri kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz dolça big.az qaynana hakista arxadan olmaq