"30 azərbaycanlı "300 spartalı" kimi döyüşdü" - Fərid Los-Ancelesdə yaşananlar haqda
"Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında ermənilərin etiraz aksiyası keçirilib. Ermənilər 4 mindən çox idilər: yüksək səslərin səsləndirildiyi avtobus, üzərində etiraz sözləri yazılan köynəklər...".
Open.az xəbər verir ki, bu sözləri "Eurovision" təmsilçilərimizdən olan və uzun illərdir ABŞ-a köçən müğənni Fərid Məmmədov sosial şəbəkədə yazıb.
O, ermənilərin Los-Ancelesdə keçirdiyi etiraz yürüşündə azərbaycanlılara hücum etməsindən və xəsarət yetirməsindən söz açıb: "Konsulluğu qorumaq üçün 30-40 azərbaycanlı ora toplaşdı. Onlar burada yaşanan mübahisədə mübarizə apardılar və zədə aldılar. 30-40 insan 4 minə yaxın erməni ilə davada o qədər cəsarət göstərdilər ki, sanki "300 spartalı" döyüşürdü. Hər şey hazırlıqsız olmuşdu.
Rəqs, qışqırtı, etiraz - qələbə demək deyil. Əsas bunu ABŞ necə qəbul etdi? ABŞ konqresi ermənilərin Azərbaycan ərazisini qanunsuz işğal etdiyini qəbullandı. İnşallah, ədalət yerini tapacaq".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür