30 gün gec yatdıqda bədəninizdə nələr baş verir?
Yaxşı yuxu lüks deyil, həyati vacib bir ehtiyacdır. Kifayət qədər istirahət etmədən bədənimiz və beynimiz tam gücü ilə işləyə bilmir.
Milli.Az bu barədə "Marca"ya istinadən xəbər verir.
Əgər yuxu keyfiyyətinizin yaxşı olmadığını düşünürsünüzsə, Dr. Sara Marin Barbell sosial şəbəkələrdə elmi əsaslı, sadə yuxu tövsiyələri ilə bələdçi paylaşır.
Mütəxəssis bildirir:
"Əgər gecəni saat 11-dən sonra yatağa gedirsinizsə, dörd həftə ərzində təsirini hiss edəcəksiniz".
Gec yatmağın nəticələri nələrdir?
Gec yatmaq zərərsiz bir vərdiş kimi görünsə də, ardıcıl olaraq bu rejimlə yaşamaq sağlamlığa ciddi təsir göstərir.
Birinci həftədə insan özünü daha yorğun hiss edir. Hər şey sakit başlayır, amma melatonin (yuxu hormonu) azalır, kortizol (stres hormonu) isə artır.
Bu, ümumi rifahın zəifləməsinə və iştahın artmasına səbəb olur.
İkinci həftədə böyümə hormonu azalır, əzələlərin bərpası yavaşlayır. Uşaqlarda isə bu, hətta böyümənin ləngiməsinə gətirib çıxara bilər.
Üçüncü həftə kritik mərhələdir. Beyin artıq gündəlik əmələ gələn toksinlərdən təmizlənmir.
Ekspert xəbərdarlıq edir: "Beyniniz özünü yeməyə başlayır".
Dördüncü həftədən etibarən beyin tam balanssızlıq vəziyyətinə düşür. Leptin (toxluq hissi verən hormon) azalır, qrelin (aclıq hormonu) isə artır. Nəticədə, insan daimi aclıq hiss edir, xüsusilə yağlı və şəkərli qidalara qarşı güclü istək yaranır.
Eyni zamanda bağırsaq mikroflorası da zərər görür.
Keyfiyyətli yuxu üçün həkimin 5 tövsiyəsi:
Dr. Marin Barbell aşağıdakı sadə qaydalara əməl etməyi tövsiyə edir:
Saat 23:00-dan gec yatmayın.
Çünki melatonin istehsalı bu saatdan sonra pozulur. Bu hormon toxumaların bərpası və maddələr mübadiləsi üçün həyati əhəmiyyət daşıyır.
Otağın temperaturu 18-20°C arasında olmalıdır.
Tam qaranlıqda yatmaq melatonin səviyyəsini artırır.
Yatmazdan 1 saat əvvəl telefon və elektron cihazlardan uzaq durun.
Bu cihazlardan yayılan mavi işıq yuxuya getməyi gecikdirir.
Axşam yeməyini yüngül edin və saat 21:00-dan əvvəl yeyin.
Xüsusi hallarda və həkim nəzarəti altında, bəzi əlavələr tövsiyə oluna bilər:
Maqnezium bisqlisinat
L-theanin
Ashvaqandha
Uzadılmış təsirli melatonin
Kənan
Milli.Az









Hakışta
Qadınları orqazma çatdıran 7 seks pozası
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Həftə ərzində az yatırsınızsa, bunu edin
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka
Serdar Ortaç illər sonra etiraf etdi
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Elgiz yeni verilişinin tarixini açıqladı
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf