30 il sonra Bakıya gələn erməni gözyaşı tökdü - VİDEO

30 il sonra Bakıya gələn erməni gözyaşı tökdü - VİDEOOtuz il əvvəl Bakını tərk edən erməni Erik Xaçaturov Azərbaycana səfərə gəlib.
Xanim.az baku.ws-ə istinadən xəbər verir ki, Bakıdakı doğma küçədə gəzərkən Erik Xaçaturov göz yaşlarını gizlədə bilmir. O, Azərbaycana 30 ildən sonra qayıdıb. Erik vətənini Dağlıq Qarabağ münaqişəsi səbəbindən tərk etməyə məcbur olub. Bu illər ərzində Xaçaturov öz evini, dostlarını, qonşularını görmək və sadəcə şəhərdə gəzmək arzusu ilə yaşayıb. Bu şəhərdə o, çox xoşbəxt olub.

Erikin sözlərinə görə, Bacıxanım Seyxanovanın ailəsi onun ilk və ən yaxın qonşusu olub. Ailənin digər üzvləri evdə yox idi. Amma bu illər ərzində köhnə dostların bir-birinə veriləsi çox suallar oldu. "Bu insanlar mənim ilk yaxın qonşularım olublar. Milliyətcə ləzgidirlər. Sabirin toyu olanda biz Qusara getmişdik gəlini gətirməyə. Belə gözəl anlar olub. O zamanlar çox yaxşı idi".

Öz doğma evini görməyi Erik ümid etmirdi. Deyir, illər öncə onun evinin sökülməsi barədə xəbər veriblər. Amma məlum oldu ki, bu sadəcə şaiyədir. Digər qonşuları ilə görüşdükdən sonra Erik Xaçaturov doğma 32 saylı məktəbə baş çəkdi. Orada isə uşaqlıq illərini yada saldı.

Erik Xaçaturov Fəxri Xiyabanda Azərbaycanın milli lideri Heydər Əliyevin məzarını da ziyarət etdi. Bundan başqa, yaradıcılıqlarına böyük sevgi ilə yanaşdığı Rəşid Behbudov, Nəsibə Zeynalova və Siyavuş Aslanı ehtiramla yad etdi: "Nəsibə Zeynalova mənim ən sevdiyim artist olub. İndiyədək onun iştirak etdiyi tamaşalar və filmlərə baxıram və gülürəm".

Erik həmçinin Qız qalasının ətrafında olmağı da arzulayırdı və bu arzusu da gerçəkləşdi. İçərişəhərin küçələri ilə gəzərkən Xaçaturov Azərbaycan çayı da aldı. İndi yaşadığı Rusiyaya çayı onun azərbaycanlı dostları gətirirlər.

Erik Xaçaturov hələ bir neçə gün Bakıda qalacaq. Sonra Rusiyaya qayıdacaq. Söz verir ki, Azərbaycana yenə gələcək. O, özü ilə təkcə sevimli Bakı suvenirləri deyil, həm də xoş xatirələri aparacaq. Deyir, insanın bir vətəni olur və onun üçün Vətən Bakıdır, həyatının sonunadək sevəcəyi bir şəhər...

Xəbərlər     Baxılıb: 2139   Tarix: 03 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

sac duzumleri kosmetika mehsullari hamiləlik 8 mart tebrikleri balqabaq yagi kişi sonsuzluğu zebra keksi kosmetika novruz bayramına aid hakışda olumu atalar sozu nizami gəncəvi hekaye janri