4 il ərzində 18 uşağı oldu - 27 yaşlı gəncin AĞLASIĞMAZ HƏYATI - FOTO
ABŞ-ın Los Anceles ştatında yaşayan 27 yaşlı gənc 18 uşaq atasıdır.
Publika.az xəbər verir ki, amerikalı Kili Qordinin sosial media səhifəsi pozitiv çıxan hamiləlik testləriylə doludur. Məsələ burasındadır ki, Qordi qadınlarla görüşür, onlarla seks qarşılığında bir neçə gün keçirir və səyahət edir. İndiyədək 18 uşağı olduğunu etiraf edən Qordi son aylarda bu sayın artacağını da istisna etmir.
Qordi bu işə 4 il öncə Feysbukda paylaşdığı bir elanla başlayıb. Bu xidmət qarşılığında pul almayan gənc adam əsasən subay analar və uşaq sahibi ola bilməyən cütlüklərə xidmət göstərir.