4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır.
Milli.Az xəbər verir ki, Trakya Universiteti Tibb Fakültəsinin Kardiologiya kafedrasının müdiri, professor Servet Altay bildirib ki, uzun müddət hərəkətsiz qalmaq ayaq venalarında qan dövranını yavaşladaraq dərin ven trombozunun yaranmasına səbəb ola bilər.
Onun sözlərinə görə, ayaqlarda yaranan laxtalar qan dövranı vasitəsilə ürəyə, oradan isə ağciyərlərə çataraq ağciyər emboliyasına səbəb ola bilər. Bu vəziyyət isə həyati təhlükə yarada və ölümə gətirib çıxara bilər.
Professor qeyd edib ki, 4 saat və daha uzun davam edən səfərlər risk faktoru hesab olunur.
Risk qrupuna yaşlılar, hamilələr, ürək və böyrək çatışmazlığından əziyyət çəkən şəxslər daxildir. Yaxın zamanda bud-çanaq əməliyyatı keçirənlər, xərçəng xəstələri, əvvəllər laxtalanma pozğunluğu və ya ağciyər emboliyası keçirmiş şəxslər də daha diqqətli olmalıdır.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Süni tənəffüs aparatına qoşuldu
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü