"4 xanım mənim qeyrətimdir" - Emil Bədəlov - VİDEO - FOTO
ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı müğənni Emil Bədəlov olub.
Maraqlı açıqlamalar verən sənətçi ailəsindən söz açıb:
"Bizdə mentalitet bir az başqa cürdür. İstədiyimi etmək istəsəm, camaat onu başqa cür qəbul edəcək. Fikirləşirəm ki, camaat məni belə görüb, belə öyrəşib. Sabah cinsdə-filan olsam, deyəcəklər ki, buna nə oldu? Həyatımda sevdiyim 4 xanım var. Anam, bacım, yoldaşım və qızım. Bu 4 xanım mənim üçün dəyərlidir. Onlar mənim qeyrətimdirlər. Qızım çox kaprizlidir. Məndən dəhşət çəkinir. Nə desəm, edir. Uşağı vurub, əsəbləşmirəm. Mənə çox hörmət edir. Oxumaq mənim atamdan yadigar qalıb. Atam hörmətli kişi idi, vaxtından əvvəl dünyasını dəyişib.
Səhv addım atsam, atamın adına xələl gətirərəm. Ona görə çalışıram ki, sənətimə görə hörməti 2-ci planda qoysunlar. Əsas özümə görə hörmət olunsun. Allah da bu sənəti bəxş edib. Bundan əlavə, bizneslə də məşğul oluram. Mənə həmişə deyirlər ki, sənin biznesin böyüsə, milyardların olsa, sənəti atarsan? Mən heç vaxt sənəti atmaram. Çünki Allah bu sənətlə mənə ailə də bəxş edib, övladımın dünyaya gəlməsinə də kömək edib. Sənəti atsam, Allaha da naşükürlük etmiş olaram. Milyardlarım, milyonlarım da olsa, sənəti atmaram".
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Cavid Məmmədov Andrey Malaxovun verilişinin qonağı oldu
Akif İslamzadənin vəziyyəti necədir?
"Avroviziya" şərhçilərimiz onlar olacaq
Nəsrinin ikinci gəlinliyi - Fotolar
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq