"40 yaş sindromu": qadınlar və kişilər özlərini nələrə hazırlamalıdırlar?

Qadınlarda "Balzak yaşı", kişilərdə isə "40 yaş sindromu" adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmağa başlayır. 
Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 yaş aralığındakı zərif cinsin "40 yaş sindromu"na yaxalanmaları ehtimalını daha real hesab edirlər. Kişilər isə sözün həqiqi mənasında, özlərini buraxırlar, kökəlmə, bəzi mənəvi sapıntılar bu yaşdan sonra baş verir.
Bəs 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?
Bəzən idarəsində çətinlik çəkdiyimiz bədən orqanları məhz 40 yaşdan sonra bizə hansı sürprizləri hazırlayır? Qidalanmamıza necə diqqət etməli və özümüzü nələrə hazırlamalıyıq?
Bizim.Media mövzu ilə bağlı yaranmış suallara aydınlıq gətirmək qərarına gəlib.
"40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ilə ölən hüceyrələrin sayı bərabər olur. 40 yaşından sonra isə ölən hüceyrələrin sayı çoxalmağa  başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verməyə başlayır".
Bu sözləri Bizim.Media-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.
Ekspertin sözlərinə görə, məhz 40 yaşdan sonra maddələr mübadiləsi pozğunluqları başlayır ki, bu da asanlıqla onkoloji problemlərə çevrilə bilir.
"40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir". 
Ekspert 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləri olduğunu vurğulayıb.
"40 yaş sindromu"na gəlincə isə ekspert bunun bir çox səbəbləri olduğunu izah edib: 
"Qadınların bu yaşdan sonra ana olmaq ehtimalı azalır. Bu öncə estrogen hormonunun 50 faizdən çox aşağı düşməsi ilə əlaqədardır. 40 yaşdan sonra qadın bədəni klimaks dövrünə hazırlaşır və klimaks dövründə qadınlar kifayət qədər həssas olmağa başlayırlar. Bu bir çox hallarda qadınlarda əksiklik hissinin artması, güvənsizlik və stress ilə müşayiət olunur". (oxu.az) /publika.az

Maraqlı     Baxılıb: 2328   Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

turlar.az

makiyaj instagram qadın geyimi geyim seçimi qizliq perdesinin berpasi cins 2026 sızanaqlara qarşı yanıltmacalar kosmetika ana haqqinda bayati vətənə aid kondom vicdan qogal