49 yaşında ərə gedən xalq artisti Aygündən XOŞ XƏBƏR!
Bu gün xalq artisti Aygün Bayramovanın doğum günüdür.
Xanim.az axşam.az-a istinadən bildirir ki, xanəndənin 50 yaşı tamam olub. Aygün Bayramova 1967-ci ildə Ağdam şəhərində anadan olub.
1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib.
1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb.
1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları - "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib. Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanıb.
Qeyd edək ki, Aygün Bayramova mayın 23-də İran vətəndaşı olan iş adamı və ud ifaçısı Fəraməz Gərmrudi ilə ailə qurub.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin