"5 aydan bir əlinə ət düşüb, onu çəkib göstərir" - Nadir
"Bir toya gedir, oradan müxtəlif şəkillər çəkirlər. Həmin fraqmenti müxtəlif rakurslardan bir həftə səhifəyə qoyurlar. Guya başqa-başqa şadlıq evlərindədirlər".
BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "10-dan sonra" verilişində açıqlamasında deyib. O, həmkarlarını yalan danışmaqda günahlandırıb:
"Çıxıb dəhlizdə şəkil çəkdirirlər. Elə olur, bir toyda 3 dəfə paltarını dəyişir ki, İnstaqramda 3 gün paylaşsın. Kişilər pencəyini dəyişirlər, oldu başqa toy. Toy var indi? Məclisi olan heç vaxt özünü reklam etmir. Manqal qalamısan, kabab yeyirsən, ye də. Kabab yoxdur heç yerdə? Bunu camaata niyə göstərirsən? 5 aydan bir əlinə ət düşüb, onu çəkib göstərir. Camaat gündə qızıl, brilyant yeyir, onu göstərmir. Elə insanlar var ki, ona pul birdən gəlir və çaşır, sağını-solunu görmür. Elə bil ki, dünyada bircə budur".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir