5 manatlıq əskinasın üzərindəki yazının mənasını biləndə DƏHŞƏTƏ gələcəksiniz

5 manatlıq əskinasın üzərindəki yazının mənasını biləndə DƏHŞƏTƏ gələcəksinizAzərbaycanın pul vahidi olan 5 manatlıq əskinasın üzərində heroqlif və qəribə hərflərə heç fikir vermisinizmi? Bu yazıların nə məna daşıdığını bilirsinizmi? FaktXeber.com olaraq bu haqda qısa məlumat verəcəyik.

Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunub.

İlk olaraq xatırladaq ki, ağ kağızda çap olunmuş əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilib.

Əskinasın üzərində Orxon-Yenisey əlifbası ilə yazılan Gül Tigin kitabəsində deyilir:

"Türk millətinin adı sanı yox olmasın deyə atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı sanı yox olmasın deyə məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum"

Yeri gəlmişkən qeyd edək ki, saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 5 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunub. 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər var.

Orxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbasıdır. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılıb. Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanıb və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunub.

Vilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürüb.

200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatıb. VII - X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir.

Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur.
5 manatlıq əskinasın üzərindəki yazının mənasını biləndə DƏHŞƏTƏ gələcəksiniz

Xəbərlər     Baxılıb: 10044   Tarix: 16 noyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetika mehsullari donlar 2026 reseptler halva reseptləri hakistalar kampotlarin hazirlanmasi prostat vəzi kosmetika novruz hakistalari novruz hakistasi oğlan evine aid hakisda qoğalın nağlı sekis