5 uşaq atasında TÜKÜRPƏDİCİ ƏMƏL - Uşaqların gözü qarşısında analarını...

5 uşaq atasında TÜKÜRPƏDİCİ ƏMƏL - Uşaqların gözü qarşısında analarını...Azərbaycanda qadın zorakılığı ilə bağlı ağılasığmaz olay baş verib. Davamlı olaraq həyat yoldaşı tərəfindən döyülən qadın övladlarını evdə tək qoyaraq polisə müraciət edib. Polisin müdaxiləsi nəticəsində, ən böyüyü 15 yaş, ən kiçiyi isə 7 aylıq olan 5 uşaq analarına verilib.

BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, təhsilsiz olan 33 yaşlı qadın rayonlarımızın birində böyüyüb. Ailə qurduqdan sonra əri tərəfindən məruz qaldığı zorakılıqlara baxmayaraq, valideynləri qadına sahib çıxmaq istəməyib. Ata-anası tərəfindən də tərk edilən H.R. (şərti ad) məhz bu səbəbdən illərlə həyat yoldaşının zorakılığına dözməyə məcbur olub.

Artıq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən qadının qarşılaşdığı zorakılıqla bağlı daha ilginc məlumatlar ortaya çıxıb. Sığınacaqdan Sputnik Azərbaycan-a məlumat verilib ki, 2003-cü ildə ailə quran qadın illərlə həyat yoldaşının zorakılığına məruz qalıb.

"Əvvəllər rayonların birində yaşayan, sonra isə Bakıda kirayələrdə qalan ailədə ana hər gün uşaqların gözü qarşısında döyülüb, söyülüb, alçaldılıb. Həyat yoldaşı qadınla yanaşı, bu nikahdan dünyaya gələn 5 övladına da işgəncələr verib. Qadının dediyinə görə, əri onları çox incidirmiş. Hətta kişi arvadını və uşaqlarını spirtli içki qəbul etməyə məcbur edir və qadını uşaqlarının gözü qarşısında cinsi əlaqədə olmağa təhrik edirmiş" - deyə sığınacaqdan bildirilib.

"Qadının valideynləri isə deyirmiş ki, "kişidir, belə də olmalıdır, yoldaşının yanında qalmalısan". İllərdir bu səbəbdən zorakılığa dözən qadın artıq boşanmaq üçün müraciət etməyə hazırlaşır. Lakin həyat yoldaşı hazırda ona sevgi məktubları yazaraq peşmanlığını, haqsız yerə onu incitdiyini etiraf edib" – İctimai Birlikdən əlavə olunub.

Sığınacaqdan öyrəndiyimizə görə, qadının məktəb yaşlı 3 uşağından yalnız biri təhsil alır.

Qeyd edək ki, davamlı olaraq zorakılığa məruz qalan qadının həyat yoldaşı ruhi xəstə olmaqla yanaşı, həm də Hepatit C xəstəliyindən əziyyət çəkir. Deyilənə görə, hazırda xəstəxanada müalicə alır.

Xəbərlər     Baxılıb: 1754   Tarix: 25 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli gozel gorunmek gelinlikler kelem tutmasinin hazirlanmasi hamiləliyə hazırlıq balıq və dəniz məhsulları gözəl geyimlər kosmetika bayati cantalar klitor atalar sözü kurtlar vadisi