50 illik savaş bitdi: adanı paylaşdılar

50 illik savaş bitdi: adanı paylaşdılarDanimarka və Kanada Arktikadakı Hans adası üzərində 50 ilə yaxın davam edən "dostluq müharibəsi"nə razılıq əsasında son qoyub.
Publika.az xəbər verir ki, 1971-ci ildən bəri hər iki ölkə Kanada və Qrenlandiya arasındakı Nares boğazındakı Hans adası ilə bağlı "viski müharibələri" aparırdılar.
Qeyd edək ki, Hans adası təqribən 1 kvadrat kilometr ərazisi olan kimsəsiz bir adadır. Təxminən 50 ildir ki, Danimarka və Kanada adaya iddia edirdilər.
Tarixdə "dostluq müharibəsi" adanın yarıya bölünməsi ilə başa çatıb. 
Danimarka və Kanadanın xarici işlər nazirləri Kanadanın paytaxtı Ottavada rəsmi müqavilə ilə adanı yarıya bölüblər.
Ölkələrin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək müqavilə ilə Kanada ilk dəfə texniki olaraq Avropa ilə quru sərhəd qonşusu olacaq.
Kanadanın xarici işlər naziri Melani Coli və onun danimarkalı həmkarı Jeppe Kofod imzalanma mərasimində jest olaraq bir-birlərinə bir şüşə içki veriblər.
"Çoxları bunu viski müharibəsi adlandırdı, məncə, bu, müharibələrin ən dostcası idi. Arktika regionu beynəlxalq əməkdaşlıq üçün bələdçi işıqdır və burada qanunun aliliyi hökm sürür", - Kanadalı nazir Coli deyib.
Qeyd edək ki, 1984-cü ildə Kanada daha cəsarətli addım ataraq adaya qoşun yeritmişdi. Adanın onlara məxsus olduğunu göstərmək üçün əsgərlər oraya Kanada bayrağı sancaraq bayrağın yanına da bir şüşə Kanada viskisi qoymuşdular. 
Bu addımın altında əzilməmək üçün Danimarkanın Qrenlandiyadan məsul naziri bir neçə həftə sonra adaya getmişdi və Kanada bayrağını Danimarka bayrağı ilə əvəz etmişdi. O, bir şüşə Danimarka içkisi olan şnappsı Danimarka bayrağının yanına qoymuşdu.  Beləliklə, "viski müharibələri" başlamışdı.  

Maraqlı     Baxılıb: 3322   Tarix: 15 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

turlar.az

kosmetoloq adlarin menasi maskalar maskalar saç üçün hamileliyi pozmaq ucun sudun terkibi veten haqqinda atalar sözləri kosmetika salam ekizler google penis geyim