6 aylıq körpəni öldürən "Qarabağ"ın futbolçusu həbs olunacaqmı?

6 aylıq körpəni öldürən "Qarabağ"ın futbolçusu həbs olunacaqmı?"Qəzanı törədən futbolçuya hansı cəzanın tətbiq olunmağı ilə bağlı bəri başdan nəsə demək mümkün deyil. Əsas məsələ budur ki, digər maşını vuran avtomobilin sürücüsünün təqsiri varmı? Bunu müəyyənləşdirmək üçün isə hadisənin bütün detalları araşdırmalıdır".

BiG.AZ xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib.

Hüseynov "Qarabağ"ın futbolçusu Emil Balayevin törətdiyi qəza ilə bağlı fikirlərini bildirib.

Onun sözlərinə görə, ancaq yayılmış informasiyaya əsaslanaraq, hadisəni törədən şəxsə hansı cəzanın tətbiq olunmalı olduğunu müəyyənləşdirmək mümkün deyil: "Nəzərə alaq ki, bəzən belə məlumatlar əslində informasiya yox, dezinformasiya olur, kimisə qorumaq, kiməsə bəraət qazandırmaq üçün dövriyyəyə buraxılır. Buna görə də, belə məsələ ilə bağlı ağlı başında olan heç bir hüquqşünas bəri başdan mülahizə yürüdə bilmir. Konkret olaraq, öndə olan maşının sürücüsünün, arxada olan avtomobilin sürücüsünün ümumi hərəkətləri araşdırmalıdı. Bundan sonra demək olar ki, arxada olan maşının sürücüsünün təqsiri var idi, ya yox?" Hüquqşünas qeyd edib ki, Emil Balayevin təqsiri sübut edilsə, hətta zərərçəkmiş tərəf şikayətçi olmasa belə, onu ağır cəza gözləyə bilər: "Əgər sübut olunsa ki, təqsiri var, onda həmin sürücü Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Həmin maddədə də 6 ilə qədər azadlıqdan məhrum edilmək cəzası var. Sanksiyada 3 ildən 6 ilə qədər cəza göstərilir. Zərərçəkən tərəfin şikayətçi olmamağı o deməkdi ki, sanksiyanın aşağı həddində ona cəza tətbiq oluna bilər. Elə hallar var ki, məhkəmə sanksiyada göstəriləndən də aşağı həddə, fərqli, şərti cəza təyin edir. Cinayət Məcəlləsində çoxlu elementlər var. Sadəcə olaraq, demək istəyirəm ki, əgər təqsir varsa, orda zərərçəkmişin şikayətinin olmamağı onu cinayət məsuliyyətindən azad eləmir, yalnız cəzanın yüngülləşdirilməsinə səbəb ola bilər. Hətta bu "səbəb ola bilər" fikri məhkəmənin də nümayəndəsindən asılıdı. Bəlkə elə şəraitdə qəza baş verib ki, şikayət olmasa belə, cəza yüngülləşdirilməməlidi. Ümumiyyətlə, yüngülləşdirmənin həddini qanun müəyyən etmir".

Xəbərlər     Baxılıb: 1611   Tarix: 08 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

toy gecesi geyim və ayaqqabılar geyim şəkilləri firni hazirlanmasi döş əmən kişilər gavalinin xeyri sobada kotlet kosmetika novruza aid hakistalar xanim az babasil hesaplama bayatılar