7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz ən sağlam içki
Sirkə orqanizmdə bakteriya və virusları məhv edən ən təbii içkilərdən biridir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, türkiyəli Prof. Dr. Canan Karatayın sözlərinə görə, sirkə 7 min ildir istifadə edilən təbii dərmandır.
O, ev sirkəsinin ən sağlam içki olduğunu diqqətə çatdırıb.
"Xahiş edirəm bundan istifadə edin", deyən professor sirkəni mütləq evdə hazırlamağı məsləhət görüb.
C.Karatay qeyd edib ki, bazar və marketlərdə satılan sirkə isə məişət təmizliyi üçün istifadə edilə bilər.
"Ev sirkəsi özünüz hazırladığınız zaman ən sağlam içkidir. Hər cür paraziti öldürür, toksinləri çıxarır, orqanizmi təmizləyir", - deyə professor vurğulayıb.
O, təbii sirkəni səhər saatlarında içməyi və ya salatlara əlavə etməyi məsləhət görüb.
Professorun sözlərinə görə, evdə hazırlanmış sirkəni 2 ay mühafizə etmək olar.
"Evdə alma sirkəsi hazırlamaq üçün sizə alma, içməli su, təbii fermentləşdirilmiş alma sirkəsi, şüşə qab və tülbənd lazımdır. Almalar yuyulduqdan sonra doğrayıb bankaya qoyun və onların üzərini örtəcək qədər içməli su əlavə edin. Sonra 1 stəkan fermentləşdirilmiş alma sirkəsini də buraya qatın. Qarışdırdıqdan sonra üzərini tülbənd ilə örtüb qaranlıq yerdə saxlayın", - deyə C. Karatay bildirib.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı