7 yaşlı övladı öldürülən qadın: "Qatilin ya başı kəsilsin, ya güllələnsin" - VİDEO

7 yaşlı övladı öldürülən qadın: "Qatilin ya başı kəsilsin, ya güllələnsin" - VİDEOSabirabadın Ulucalı kəndində törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Xanim.az apa.tv-ə istinadən xəbər verir ki, kənd sakini, 30 yaşlı Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirib. Qatil ata əvvəllər oğurluq üstə məhkum olub, iki il əvvəl həbsxanadan azadlığa çıxıb. Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Röyal Məmmədovun həyat yoldaşı ilə daim münaqişəsi olurmuş. O arvadı və qayınanasından onlara məxsus pay torpaqları satmağı, pulu isə ona verməyi tələb edirmiş. Qayınanası deyir ki, qatil ata pul üstündə qızını öldürmək istəyib:

"Mənə dedi ki, çöl torpağı sat. Dedim ki, satmıram. Onda dedi, mən oturum evdə, sən təndirdə çörək bişir, mən aparım satım, oturum yeyim-içim evdə. Sən isə zülm çək. Həyətimin çardağını satıb. Həyətimdəki boruları satıb, damımın qapısını satıb. Oturub evdə işləmir, eləmir. Ancaq deyir, sən işlə, gətir, satım sovurum, yeyim. Elə şeylərin üstündə götürdü bıçağı, uşağımı qatdı qabağına. Uşağım getdi, girdi evin altına qorxusundan. Bax, bu uşaqlar onundur. Bunları sonradan gəldi apardı. O birisini keçirdi əlinə. Dedi, gedək ananı götürək gələk. Aldatdı apardı. Aparıb orada öldürüb, meyitini gətiriblər".

Röyal Məmmədov həyat yoldaşı ilə daim münaqişədə olub. Növbəti dəfə aralarında yaranan mübahisə zamanı bıçağa əl atan Röyal arvadının başını kəsməklə hədələyib. Günel Məmmədova qorxusundan qaçıb evin zirzəmisində gizlənib. Bu zaman Röyal 7 yaşlı oğlunu aldadaraq deyib ki, gedək səni ananın yanına aparıram.

Günel Məmmədova həyat yoldaşının həbsxanadan "aylığa" çıxdığını, pul vermədiyinə görə onun qisasını oğlundan aldığını deyib:

"Başqa adamın yanına gedirdi. Söz-söhbətlər ondan idi. Ondan bundan pul alıb bütün kəndin zibilinin dalınca gedirdi. Narkomandır. Dədəsi də narkomandır. Qardaşı da narkomandır. Dünən çıxarıblar azadlığa. Hər ay pul ödəyirlər. Dədəsinin, anasının, qardaşının, hamısının əli var. Dəfələrlə zəng edib məni döydürüblər. Uşağı götürüb qaçıb. O biri uşağımı qaçırıb gizlədib. Qonşu gətirib ki, uşaq yoldadır. İndi də böyüyü apardı. Məni bıçaqla qabağına qatdı. Mən qaçdım gizləndim. Bilmədim ki, balamı aparıb öldürəcək. Bilsəydim, özüm ölərdim. O insanın başının kəsilməyini istəyirəm. Ya da güllələnsin. Yoxsa əl çəkməyəcəyəm ondan. Qana qan! Uşağım ölüb, o da ölsün".

Qeyd edək ki, Röyal Məmmədov ona pul verməyən arvadının qisasını 7 yaşlı oğlu Röyamidən almaq istəyib, oğlunu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və tikilinin zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Bu, 30 yaşlı Röyal Məmmədovun ikinci evliliyidir. Onun ikinci nikahdan 3 uşağı olub. Öldürdüyü Röyami ailənin böyük oğludur və bu il birinci sinfə gedirmiş.

Artıq qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərlər     Baxılıb: 2064   Tarix: 29 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan