7 zeytun, 1 əncir pəhrizi - FAYDALARI NƏLƏRDİR?

7 zeytun, 1 əncir pəhrizi - FAYDALARI NƏLƏRDİR?7 zeytun, 1 əncirin müalicəsi - Faydaları saymaqla bitməz!
Aparılan araşdırmalar nəticəsində bədənə faydalı və hüceyrələri yeniləyən qidalar arasında əncir və zeytunun çox təsirli olduğu müəyyən edilib. Quranda da adı keçən zeytun və əncir xüsusilə müsəlman ümməti üçün daha müqəddəs və faydalı hesab edilir.
Yapon alimlərinin araşdırmasında 7 zeytun və 1 əncirin faydaları ideal çəkiyə çatmaqdan başlayaraq sağlamlığa çoxlu töhfələri olduğu sübut olunmuşdur.
7 Zeytun, 1 əncir nədir?
Omeqa yağ turşuları ilə zəngin olan zeytun, antioksidant meyvə əncir ilə birlikdə istehlak edildikdə sağlamlıq üçün əhəmiyyətli faydalar təmin edir.
Orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir
7 zeytun və 1 əncirin müalicəsinin faydası nədir sualının ilk və bəlkə də ən əhəmiyyətli cavabı orqanizmin təmizlənməsinə töhfə verməsidir. Zeytun və əncirin tərkibindəki antioksidant maddələr ödem kimi problemlərə təsir edir. Vücudunuza yük olan yağların yandırılmasını sürətləndirir. Şişkinlik kimi hallarda daha rahat həzmə kömək edir.
Hüceyrələri təzələyir
Hüceyrə yenilənməsində rol oynayan zeytun və əncir öz gücünü beyin hüceyrələrindən dəri hüceyrələrinə qədər göstərir. Bədəninizin ehtiyac duyduğu vitaminləri bu iki faydalı qidadan ala bilərsiniz. Dəri ləkələrinə, saç sağlamlığına və bədən müqavimətinə çarə axtarırsınızsa, boşqabınıza 7 zeytun və 1 əncir əlavə edib, yeyin.
Artıq çəkini atmaq daha da asanlaşır
7 zeytun və 1 əncir də kilo vermək üçün olduqca effektivdir. Ancaq unutmaq olmaz ki, arıqlamaq üçün sadəcə qidalanma kifayət deyil. Pəhriz siyahıları mütəxəssis nəzarəti altında fərdi olaraq hazırlanmalıdır. Bundan əlavə, arıqlamaq istəyənlərə təsirinin nə olduğunu soruşsanız, bir az da ətraflı məlumat verək. Əvvəla, əncir və zeytun maddələr mübadiləsini sürətləndirən iki fərqli qidadır. Əncirin tərkibindəki antioksidant maddələr və zeytundakı vitaminlər sağlam şəkildə arıqlamağınıza kömək edə bilər.  7 zeytun və 1 əncir yeyən insanlarda aclıq hissi azalır. Beləliklə, gün ərzində ehtiyacınız olduğu qədər kalori ala bilərsiniz. Alimlər gündə 7 zeytun və 1 əncir istehlakının toxluq hissi verdiyini və yağların yandırılmasını sürətləndirdiyini üzə çıxarıblar.
Xərçəng hüceyrələrinin əmələ gəlməsini mane törədir
7 zeytun və 1 əncirin müalicəsinin elə bir faydası var ki, dövrün ən çox rast gəlinən sağlamlıq problemi olan xərçəng hüceyrələrinə qarşı qalxan rolu oynayır. İmmun sistemi zəif olan orqanizmlərdə xərçəng hüceyrələri asanlıqla artır. Bu vəziyyətin yaranmasının qarşısını almaq üçün 7 zeytun və 1 əncir istehlak edə bilərsiniz. 7 zeytun və 1 əncir bədəni daha güclü və davamlı edir. Xüsusilə süd vəzi xərçəngi və qaraciyər xəstəlikləri kimi hallarda bu iki qidaya üstünlük verilərsə, sağalma prosesi daha sürətli olur.
Bədənin funksiyalarını tənzimləyir
7 zeytun və 1 əncir orqanizmin yenilənmə saatlarında daha da təsirlidir. Lazım olan enerjini, bədəninizin funksiyalarının daha yaxşı işləməsi üçün lazım olan vitaminləri bu qidalardan asanlıqla ala bilərsiniz. Tənəffüs yolu xəstəliklərində də bu qidalar nəfəsi açır və mədəni rahatladır.
İmmuniteti gücləndirir, müqaviməti artırır
Gündə bir dəfə 7 zeytun və 1 əncir yesəniz, bədəninizin xəstəliklərə tutulma riskini azalda bilərsiniz. Zeytun və əncir bədənin müqavimətini artırır və qoruyucu qalxan yaratmaq üçün bədəni dəstəkləyir.
Kalsium anbarı, sümükləri gücləndirir
7 zeytun və 1 əncir müalicəsi sayəsində bədəninizin ehtiyac duyduğu qədər kalsiumu ala bilərsiniz. Kalsium anbarlarının doldurulması sümüklərin möhkəmlənməsi deməkdir. Bitki yağı qəbul edərək skeletin tarazlığını dəstəkləyə bilərsiniz.
Sevinc Hüseynova 
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1344   Tarix: 06 iyun 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

turlar.az

geyim seçimi hamiləlik gözəllik məhsulları geyim və ayaqqabılar payiz haqqinda insa encir murebbesi yeni paltarlar 2026 kosmetika vətən insan sanama salam vətən həsrəti