700 bal toplayan qız: "2 il fasiləsiz çalışdım, əziyyət çəkdim" (FOTO)
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biri 162 saylı orta məktəbin məzunu Mahirə Əsədzadədir.
Sevincini AzVision.az-la bölüşən Mahirə 700 bal toplayacağına əmin olduğunu deyib.
"Bu, mənim ən böyük uğurumdur. 700 bal toplayacağımı gözləyirdim. Bilirdim ki, bu balı toplamaq böyük diqqət və şans tələb edir. Amma mən bunu bacardım. 2 il fasiləsiz çalışdım, əziyyət çəkdim. Axırda əziyyətimin bəhrəsini gördüm".
M.Əsədzadə fənn olimpiadasında Bakı şəhər üzrə qalib olub. Rekordçu qız sənədlərini Bakı Ali Neft Məktəbinə (BANM) verəcəyini söyləyib.
"BANM-da oxumaq istəyirəm. Artıq qərarımı vermişəm, orada təhsil alacağam. Hansı ixtisası seçəcəyimə isə qərar verməmişəm. İki ixtisas arasında qalmışam. Mənə uyğun ixtisası seçəcəyəm".
M.Əsədzadə xaricdə oxumaq istədiyini gizlətməyib: "Sözün düzü, xaricdə oxumaq istərdim. Düşünürəm ki, bu il Azərbayxanda təhsil alıb, sonra xaricdəm davam edərəm".











Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?