8 aylıq körpə qız zorlanıb

8 aylıq körpə qız zorlanıbHindistan paytaxtı Dehlidə 8 aylıq körpə qız, iddialara görə, əmisi oğlu tərəfindən zorlanıb.

Xanim.az milli.az-a istinadən bildirir ki, körpə qızın vəziyyəti kritikdir və xəstəxanadadır. O buraya bazar günü gətirilib.

Polis mediaya bildirib ki, zorlamada təqsirləndirilən 28 yaşlı kişini həbs ediblər. Onun fəhlə işlədiyi bildirilir.

Dehli Qadınlar komissiyasının rəhbəri Swati Maliwal bazar ertəsi körpəni ziyarət edib və onun zədələrini "dəhşətli" adlandırıb.

Hadisə bazar günü baş verib, amma yerli media bu barədə bazar ertəsi xəbər verdikdən sonra ictimaiyyətə məlum olub.

Swati Maliwal Twitter-də yazıb ki, qızcığaz üç saatlıq əməliyyat keçməli olub:

"Xəstəxananın reanimasiya şöbəsində onun ürəkparçalayıcı iniltiləri eşidilirdi. Daxili orqanlarında dəhşətli zədələr var".

O, qəzəbini daha bir tvitdə ifadə edib:

"Nə etməli? 8 aylıq körpə qəddarlıqla zorlandığı bir vaxtda Dehli bu gün necə sakit yata bilər? Bizim doğrudanmı dərimiz bu qədər qalınlaşıb, yoxsa bunu sadəcə artıq taleyimiz olaraq qəbul etmişik?"

O, Twitter-də Baş Nazir Narendra Modiyə birbaşa müracət də ünvanlayaraq yazıb ki, ölkədə qız uşaqlarını qorumaq üçün daha ciddi qanunlara və polis resurslarına ehtiyac var.

2012-ci ildə Dehlidə, avtobusda 23 yaşlı tələbə qızın bir qrup kişi tərəfindən zorlanaraq öldürülməsindən sonra Hindistanda cinsi təcavüzlə bağlı tədbirlər görülüməsinə çağırışlar artıb.

Ancaq ölkə boyunca qadınlara və uşaqlara qarşı cinsi təcavüz hallarına dair məlumatlar artmaqdadır.

Dehlidən BBC müxbiri Geeta Pandey xəbər verir ki, belə cinayətlər yayğındır və onların sayı sürətlə artmaqdadır.

Milli Cinayətlər Bürosunun verdiyi məlumata görə, 2016-cı ildə uşaqların zorlanması halları Hindistanda 2015-ci ilə nisbətən 82 faiz artıb.

Bir neçə il əvvəl 11 aylıq körpə anasının yanında yatarkən qonşusu onu oğurlamış və iki saat ərzində qəddarlıqla zorlamışdı. Hindistan paytaxtı Dehlidə 8 aylıq körpə qız, iddialara görə, əmisi oğlu tərəfindən zorlanıb.

Xəbərlər     Baxılıb: 3189   Tarix: 30 yanvar 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

reseptler sac duzumleri toy makiyajlari qizliq perdesinin berpasi kəpəklə mübarizə gözəllik sirləri qadın haqqinda kosmetika englishdilində qulaq kahfe kali uşaq nece olur xərçəng bürcü hakisda