8 saat və ya daha çox işləyirsiz?

8 saat və ya daha çox işləyirsiz?Bugünkü həyat şərtləri bizdən daha çox işləməyi tələb edir. Yeməkdən tutmuş təhsilə qədər hər sahədə bizə pul lazımdır. Maddi ehtiyaclarımızı təmin etmək üçün isə təbii ki, çox çalışmalı oluruq. Çox zaman fərqinə varmadan iş saatlarımız istirahətimizə ayırdığımız vaxtdan xeyli çox olur.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, bəs həddindən artıq işləmək insan orqanizmi üçün zərərlidirmi?
Psixoloq Gülnar Orucova bildirib ki, iş saatının çox olması ilk növbədə insanın psixologiyasına mənfi təsir edir:
"Bütün dünyada müəyyən iş qrafiki tətbiq olunur. Məsələn, Almaniyada 4-6 saat, bəzi hallarda 8 saat iş rejimi olur. Azərbaycanda isə bir çox sahələrdə, əsasən də özəl sektorlarda 13-14 saata kimi iş rejimi mövcuddur. Məsələn, satıcılar, xadimələr, uzun saat işləməli olurlar, bu da onları yorur. Dövlət bağçalarında iş rejimi 6 saat növbə ilə müəyyənləşdirilib. Çünki uşaqlarla işləmək çox çətindir. Özəl iş yerlərində isə saat 8-dən axşam 7-yə qədər iş qrafiki tətbiq olunur. Yəni iş saatı uzundur. Diqqət etsəniz, görərsiniz ki, uşaqlara şiddət göstərən müəllimələrin çoxu özəl bağçada çalışanlardır. Çünki günün çox saatını işləmək insanı aqressiv edir, gərginlik və məsuliyyətsizlik yaradır. Peşəkarlar belə çox işlədikləri zaman gərginləşə və işlərinin öhdəsindən gəlməyə bilərlər".
G.Orucovanın sözlərinə görə, çox işləmək insanda yanma sindromu əmələ gətirir:
"Həddən artıq işləmək insanda yanma sindromu əmələ gətirir. Yanma sindromu ilə üzləşənlər artıq gördüyü işdən bezir, o işdən canını qurtarmağa çalışır. Bu sindromla üzləşən adamlar mütləq dincəlmək üçün özlərinə vaxt ayırmalıdırlar. Elə insanlar var ki, əllərində kifayət qədər pul olduğu halda özlərinə istirahət üçün vaxt ayıra bilmirlər. Bu da gələcəkdə sağlamlıqlarında ciddi problemlərə yol açır. Ona görə bütün sektorlarda iş saatına qrafiklər tətbiq olunmalıdır".
Psixoloq vurğulayıb ki, insan sevdiyi işlə məşğul olarsa, daha çox işində daha çox peşəkar olar:
"Bu gün iş tapmaq çətin olduğu üçün insanlar harda gəldi işləməyə məcbur qalırlar. Bəzən valideynlər uşaqların arzularını nəzərə almır, onları öz istədikləri sahəyə yönləndirlər. Bu amil gələcəkdə onların uğursuzluqlarına səbəb ola bilər. Çünki insan sevdiyi işə daha həvəsli yanaşır. Sevmədiyi peşə isə onu tez yorur".
Terapevt Coşqun Məmmədlinin fikrincə, insanın həddən artıq işlə yüklənməsi zərərlidir:
"Hansı sahədən asılı olmayaraq çox işləmək həm psixi, həm də fiziki problemlərə səbəb olur. Çox işləmək insanı yorur, gərginləşdirir və sinir sistemini zədələyir. Əslində gün ərzində iş qrafiki 6-8 saat olmalıdırsa, insanlar maddiyata görə günün çox hissəsini işdə keçirirlər. Bu da mənəvi olaraq insanı çökdürür, beyin yüklənir, stress və halsızlıq yaranır".
Həkimin sözlərinə görə, çox işləyən insanlar daha tez depressiyaya düşürlər:
"Mühasiblər, satıcılar, müəllimlər, sosial sahədə işləyən insanlar depressiyadan daha çox əziyyət çəkirlər. Bundan başqa, kompüter arxasında çox çalışan insanlarda şəkərli diabet, piylənmə, qaraciyər  və bel yırtığı kimi xəstəliklərin yaranması ehtimalı yüksək olur. Buna görə də kompüter arxasında oturan insanlar tez-tez hərəkət etməli, fasilə verməlidir. Eyni zamanda, çox yüklənən insanlarda qan təzyiqi də yüksək olur, bu da digər xəstəliklərlə yanaşı, ürək problemlərinə yol açır. Gündə 10 saatdan çox işləmək insanlarda infarkt riskini də artırır".
Həkim onu da qeyd edib ki, çox işləmək beyinə mənfi təsir göstərir və yaddaşı zəiflədir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1528   Tarix: 18 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetika mehsullari donlar 2026 yay kolleksiyasi dolmalar zaur baxşəliyev qozlu toyuq salati qan qruplari haqqinda melumat kosmetika mekteb qoğalın nağlı vətən haqqında bayatı opusme novruz haqistalari