Abituriyentlərin NƏZƏRİNƏ: dərs yadınızda qalmır? – BUNLARI EDİN

Abituriyentlərin NƏZƏRİNƏ: dərs yadınızda qalmır? – BUNLARI EDİNArtıq qəbul imtahanlarının başlanmasına az qalır. Bu isə abituriyentlərdə həyəcan və stressin artması deməkdir.
Bəs imtahanlar yaxınlaşdıqca abituriyentlər daha çox nələrə diqqət etməlidir, hansı qidalar yaddaşı gücləndirir, diqqəti necə cəmləmək olar?
Milli.Az lent.az-a istinadən bildirir ki, terapevt Sevinc Əhmədovanın sözlərinə görə, yaddaşı gücləndirmək üçün xüsusi bir qida göstərmək olmaz, lakin mövsümi meyvələrdən istifadə etmək məsləhətlidir:
"Yaddaş zəifliyinin səbəblərindən biri də anemiyadır. Bu zaman yorğunluq, əzginlik, halsızlıq, saç tökülməsi və dırnaq qırılması müşahidə olunur. "Dərs oxuyuram amma yadımda qalmır" kimi ifadələri anemiyası olan insanlar söyləyə bilər. Bu kimi şikayətləri olan insanlar analiz verə, əgər anemiya halı aşkar olunarsa, bu zaman müalicəsini alıb daha gümrah qala bilərlər".
Psixologiya elmləri doktoru Rəşid Cabbarovun sözlərinə görə hazırkı vəziyyətdə abituriyentlərin həyəcanı ikiqatdır. Buna səbəb həm imtahan stressi, həm də koronavirus təhlükəsidir:
"Bu iki halın birləşməsi təşviş sindromu yarada bilər. Buna görə də ilk növbədə insan özünü ələ almağı bacarmalıdır. İmtahan qabağı stressi aradan qaldırmaq üçün sakitləşməyi, özünü ələ almağı, imtahan haqqında təsəvvür yaratmağı məsləhət görərdim. Bəzi hallarda imtahana 1-2 gün qalmış yuxusuzluq yarana bilir. Beyin elə bir mexanizmdir ki bir dəfə yaşanmış situasiyanı ikinci dəfə yaşamır. Bunu unutmaq olmaz".
Psixologiya Elmi-Tədqiqat institutunun sədri Elnur Rüstəmov da həmkarı ilə eyni fikirdədir:
"Nəzərə almaq lazımdır ki, abituriyentlərin böyük bir qismi yeniyetmədir. Yeniyetmə psixologiyası onların hazırlıq prosesinə öz təsirini göstərir. Əsas diqqət ediləcək məqam ilk növbədə abituriyentlərin yuxu rejimidir. Normal yuxu onlara öyrəndikləri fənni daha yaxşı mənimsəməyə kömək edəcək. İkinci abituriyentlər özlərinin faydalı iş zamanlarını müəyyənləşdirməlidirlər. Günün hansı zamanında dərsi daha yaxşı mənimsəyirlərsə, o vaxtda köklənsinlər. Dərsi oxuyan zaman qısa fasilələr etsinlər. 45-50 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə verilməsi məqsədəuyğun olardı. Hansı fənni mənimsəməkdə çətinlik çəkirlərsə, çalışsınlar o fənni daha tez öyrənsinlər, verilən tapşırıqları vaxtında yerinə yetirsinlər. Eyni zamanda mövcud olan digər problem abituriyentlərin motivasiyasıdır. Xüsusən böyük qisim abituriyentlərdə imtahan yaxınlaşdıqca əsəbilik, motivasiyanın olmaması, oxumaq istəməmək kimi hallar müşahidə olunur. Ona görə də abituriyent asudə vaxtında motivasiya edici film, musiqilərdən istifadə edə bilər, ailəsi, dostları ilə konkret vaxt çərçivəsində zaman keçirə bilər.
Valideynlərə isə tövsiyəmiz, abituriyent olan övladları ilə zaman keçirmək, onlara sevgi, şəfqət göstərmək, ailə qayğıları ilə, ailədaxili konfliktlərlə yükləməmək, maksimal dərəcədə "get dərs oxu" sözündən az istifadə etməkdir. Bəzən valideynlər bu sözdən mexaniki olaraq istifadə edirlər. Hətta abituriyent dərs oxuyanda belə, valideyn ona özündən asılı olmayaraq "get dərsini oxu!" deyir. Əlbəttə əgər abituriyent oxumursa valideyn onunla danışmalı, oxumağa motivasiya etməlidir. Yaxşı olardı ki, belə halda valideynlər yeniyetmə psixologiyasından çıxış edərək övladları ilə söhbət etsinlər. Bəzən valideynlər bu məqamı diqqətdən kənara buraxırlar ki, bu da valideyn-övlad münasibətinə mənfi təsir göstərir. Dolayısı ilə abituriyentlərin dərsi mənimsəməsində problemlər yaradır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2317   Tarix: 13 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri reseptler yuxuyozmalar qadınlarda erroziya geyim kombinasiyalari yasil pomidor tutmasi kosmetika sağlamlığın sirleri baldiza aid hakisda pizza hakiwda veten