Aborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLAR

Aborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARKörpəni əvvəlcə iti bıçaqla tikə-tikə doğrayır, sonra isə hissə-hissə xaric edirlər. Körpənin başını xaric etmək mümkün olmadığı üçün əvvəlcə onu maqqaşla əzir sonra isə çıxardırlar.

Daha sonra isə körpənin qana boyanmış hissələrini diqqətlə bir yerə yığaraq, bütün hissələrin (ayaqlar, qollar və s.) olub-olmamasını yoxlayırlar...

"Hamiləliyin süni şəkildə pozulması" adlandırdıqları bu proses - diri körpənin məhv edilməsi, məhz bu şəkildə aparılır...

Bu gün elmi cəhətdən mübahisəsiz olaraq sübut olunub ki, insan həyatı iki cinsi hüceyrənin (qadın və kişi) birləşməsi anından başlayır. Bu birləşmə nəticəsində fərdi gen toplumuna malik olan yeni bir hüceyrə yaranır. Bu son dərəcədə kiçik hüceyrədə yeni orqanizm barədə bütün məlumatlar (onun cinsi, qan qrupu, gözlərinin və saçlarının rəngi və s.) toplanmış olur.

Beləliklə, hər bir belə hüceyrə nadir və təkrarolunmaz bir insandır! Bu kiçik hüceyrədən böyük bir insanın yaranması üçün lazım olan şərtlər isə - qida, oksigen və vaxtdır.

Ona görə də bu rüşeymin yaranması vaxtından asılı olmayaraq onun abort edilməsi istənilən halda insan qətlidir! Doğulduğu andan etibarən isə, o artıq insandır və onu öldürmək olmaz.

Bizim yaşadığımız hazırkı günlərimizdə qadınlar çox zaman mini-abort etdirirlər. Bir çoxları qısa şəkildə onu sadəcə olaraq "mini" adlandırırlar.

Hətta bir çox hallarda onlar diş Həkiminə gedərkən, aborta nisbətən daha çox qorxu hissiyyatı keçirirlər.

"Mini" zamanı qadının uşaqlığına, iti kənarları olan və digər tərəfdən tozsorana bənzəyən qurğuya birləşdirilmiş, plastmas boru yeridilir.

Təzyiq altında uşağın bədəni kiçik-kiçik hissələrə parçalanaraq qanlı kütlə şəklində xüsusi qaba sorulur...
12 həftəlik hamiləlikdən sonra abort edilməsi üçün maşaya oxşayan daha bir tibbi alət –"aborsanq" da lazım olur, çünki artıq bu zaman uşağın ayaqları, qolları vardır, onun sümükləri isə möhkəmlənməyə başlayır.

Həkim bu alətlə uşağın qolunu, ayağını və ya onun bədəninin digər hissəsini tutaraq burma hərəkətləri ilə uşağın bədənindən qoparır. Bu vəhşilik uşağı hissələrə bölüb tam çıxardana qədər dəfələrlə təkrar olunur... Uşağın onurğa sütununu xaric etmək üçün o hissə-hissə sındırılmaqla, uşağın başı isə parçalanaraq hissələrə bölünməklə xaric olunur. Tibb bacısının vəzifələrindən biri abortdan sonra uşağın parça-parça çıxarılan hissələrini bir yerə yığaraq onun tam şəkildə xaric edilməsinə əmin olmaqdan ibarətdir...

Abort zamanı baş verən bu faciənin daha da ağırlaşması ondan ibarətdir ki, ana bətnində olan uşaq... ağrıları da hiss edir! Bu artıq qəbul olunmuş və sübut olunmuş bir faktdır. Artıq 7-ci həftəsində uşaq başını ağrı olan tərəfdən kənara qaçırır və ya yana çevirir (həyatının digər dövrlərində olduğu kimi)...

Əgər ana bətnində olan uşaq xəstədirsə, onda nə etməli?- deyə kimsə soruşa bilər. Bu halda onlara cavabımız belə olar. Əgər qadın tam sağlam bir uşaq dünyaya gətirərsə, sonra isə bu uşaq 1, 2, 5 və ya 10 yaşında hər hansı bir səbəbdən əlil olarsa, siz, abortda olduğu kimi, onu da diri-diri hissələrə parçalayıb öldürəcəksinizmi? Təbii ki, yox. Siz uşağınızı ayağa qaldırmaq üçün hər bir əziyyətlərə qatlaşaraq ona qulluq edəcək, həkimlərə müraciət edərək dərmanlara xeyli vəsait sərf etməklə onu müalicə etməyə çalışacaqsınız.

Ana bətnində olan müdafiəsiz kiçik körpəciklə doğulmuş bu xəstə uşaq arasında çoxmu fərq var?!

Onu da qeyd etmək çox vacibdir ki, bir çox hallarda Allahın köməkliyi ilə xəstə doğulmuş uşaq bir müddət sonra sağalaraq, uşaqlarının ana bətnində olarkən öldürülməsi kimi bağışlanmaz bir günahı öz çiyinlərinə götürməyən valideynlərinin sevincinə səbəb olur.

Digər tərəfdən ana bətnində olan uşağa həkimlər tərəfindən səhv diaqnoz qoyula bilməsi də mümkündür. Heç bu haqda fikirləşmisinizmi?

Abortun edilməsinə haqq qazandıran digərlərinin: "Əgər uşağı saxlamaq imkanı yoxdursa, onda nə etməli?" sözlərinə Allah (c.c) nazil etdiyi Qurani-Kərimin bu sözləri ilə cavab veririk:

(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! (Əl-Ənam surəsi, 151)

"Bu övlad ailədə 3-cü (4-cü, 5-ci) qızdırsa, həyat yoldaşım isə oğlan uşağı istəyirsə mən nə etməliyəm?" deyən qadına da Müqəddəs Qurandan olan bu sözləri çatdırmaq istəyirik: "Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir" (əş-Şura, 49).

"Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir…" (Rad, 8)

Əgər qadının sağlamlığı zəif olduğu üçün ona uşaq doğmaq olmazsa, onda nə etməli? - xəstə qadın soruşa bilər. Bəs bunu kim deyir? Həkimlər? Axı həkimlər bu barədə ancaq öz fikirlərini söyləyə bilərlər, hər birimizin həyat və ölümlə bağlı əmri həkimlər yox, yalnız Allah verir! Bizlərdən hər birimizin ölüm günü və saatı biz doğularkən Allah tərəfindən artıq müəyyən edilmiş olur. Yəni əgər ölmək zamanı gəlibsə, onu heç kim uzaqlaşdıra bilməz. Və ya əksinə, sizin ölümünüzün vaxtı çatmayıbsa, siz ölə bilməzsiniz.

Beləliklə, heç bir arqument abort üçün bəraət kimi qəbul oluna bilməz. Heç bir şübhə yoxdur ki, hər birimiz öləcəyik. O da sübhəsizdir ki, gec və ya tez hər birimiz bizi Yaradanın qarşısında bu həyatda etdiklərimizə görə cavab verəcəyik. Günahsız körpənin amansız öldürülməsinə görə ağır cəza çəkməyə hazırsınızmı?

"Yer üzərində namussuzluğu yaymasına və ya qəsdən adam öldürməsinə görə olan hallar istisna olmaqla, kimsə hər hansı bir insanı digər səbəbə görə oldürərsə, o bütün insanları öldürmüş kimi, kimsə bir insan həyatını saxlayarsa (qoruyarsa), o sanki bütün insanların həyatını saxlamış kimi qəbul olunur". ("Əl-Maidə", 32)

Bizim oxucular içərisində də elə qadınlar ola bilər ki, onlar bircə dəfə də olsun abort etdirməklə, Allah qarşısında nə qədər böyük bir cinayət etdiklərini heç zaman düşünməyiblər. Onların Allah qarşısında tövbə etmələri hələ ki, gec deyil! Səmimi şəkildə tövbə edilməsi Allah tərəfindən bağışlanmanın yoludur.

Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə.
Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əl-Mümtəhana surəsi" ("Sinanan"), 12)

Hamiləyinin 18-ci və 25-ci günləri arasında (hamiləliyin 3-4 həftəliyində) körpənin ürəyi döyünməyə başlayır. Hamiləyinin 20-ci günü sinir sisteminin əsası formalaşır. Hamiləliyin 43-cü günüdə uşağın beyninin ensefaloqrammasını çəkmək olar. Həmiləliyin 9-10 həftəliyində körpə artıq gözlərini hərəkət etdirir, udqunur, dilini tərpədir, hıçqırır, oyaq olur və yatır. 11-ci həftəsində uşaq baş barmağını sorur, ətraf mühitdəki səslərə reaksiya verir, hətta xaricdən gələn səs onu yuxudan da oyada bilər.

Hamiləliyin 10-11-ci həftəsində uşağın formalaşmış olan bütün orqan və sistemləri işləyir./saglamolun.az/

Aborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLARAborta Allah qarşısında heç bir bəraət yoxdur!!! - FOTOLAR

Sağlamlıq     Baxılıb: 5777   Tarix: 18 yanvar 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

kosmetik vasiteler sade makiyaj sekilleri qadın geyimi atalar sozleri ve meseller hamiləlik testi insani ariqladan qidalar agardici maskalar resepti kosmetika sirniyatlar aslan oyunlar zencefil kondom