Acı qidaların orqanizmə 9 təsiri

Acı qidaların orqanizmə 9 təsiriAcı qidaların-istiotun, ədviyyatların orqanizmə təsiri barədə fikirlər birmənalı deyil. Acı qidalara ələlxüsus havaların soyuduğu aylarda, payız, qış dövründə tələbat artır. Çoxları bu dövrdə xəstəliklərdən, viruslardan qorunmaq, immuniteti gücləndirmək məqsədilə acı bibər-istiot, ədviyyatlar qəbul edir. Bu qidalar orqanizmə necə təsir edir? Hansı faydaları var? Acı qidalar kimlərə mənfi təsir edə bilər?
Milli.Az lent.az-a istinadən bununla bağlı məqaləni təqdim edir:
1. Artıq çəkidən qurtulmaq olar.
Acı qidalar yemək piyləri əritməyin asan yolu sayılır. Düzdür, piylənmədən qurtulmaq üçün idman etməyin və sağlam qidalanmanın yerini heç bir şey tuta bilməz, ancaq acı bibərin tərkibində olan maddələr bədəndə yağ əriməsini sürətləndirir.
2. Ağrıya qarşı dözümlülüyü artrır.
Mütəxəssislər, bibərdə olan kapsaisin adlı maddənin beynimizdəki ağrı verən hisslərə cavabdeh olan nöqtəni hədəf aldığını önə çəkir. Yəni acı yemək, beyinə o anda yaşadığımız fiziki ağrını əhəmiyyətsiz saymağı diqtə edir.
3. İmmunitet sisitemini gücləndirir.
Acılı qidalar yedikcə orqanizm antioksidantlarla zənginləşir. Antioksidantlar bizi orqanizmə hücum edən mikroblardan qoruduğu üçün xüsusilə qrip mövsümündə faydalıdır.
4. Daha uzun yaşama şansı yaradır.
Bir araşdırma həftədə 6-7 gün acı qida yeyənlərdə ölüm faizinin 14 faiz aşağı olduğunu göstərir. Amma ədviyyatlı qidalar zərərli bir həyat tərzi sürənlərə kömək etmir.
5. Şəkər istifadəsini azaldır.
Şəkərin sağlamlığımız üçün qorxulu olduğu artıq bir sirr deyil. Amma istifadə olunan şəkər miqdarını azaltmaq heç də asan deyil. Mütəxəssislər, zaman-zaman menyuya ədviyyatlı yeməklər əlavə etməyin şəkərlə mübarizəyə yardım edəcəyini bildirir.
6. Dad hissi zədələnə bilər.
Dil acı yeməyin zərərini hiss edən ilk orqandır. Çox acılı yeməklər qısa zamanda dadbilmə problemlərinə yol açacaq. Amma uzun zaman hər gün çox ədviyyatlı yemək yeyilən müddətdə bu problem aradan qalxır, dad reseptorları yaxşılaşır.
7. Allergik reaksiyiya səbəb ola bilər.
Bəzi insanlar ədviyyatlı qidalar qəbul edəndən sonra səhər şişmiş bir üz və qaşıntı ilə oyana bilərlər. Bunun səbəbi acı bibərin, ədviyyatın allergiyaya səbəb olma ehtimalı daha yüksək olmasıdır.
8. Mədədə olan problemlər daha da kəskinləşə bilər.
Həssas bir mədəniz varsa, ədviyyatlı qidalar yemək pis nəticə verə bilər. Acı qidalar qastritə səbəb ola bilər və ya mədə problemləriniz varsa, durumu daha da ağırlaşdırar.
9. Mədə yanmasını artıra bilər.
Acı bibərdəki turşu birləşməsi həddindən artıq qəbul olunduğu halda mədə divarlarını yandırmağa başlayır. Bu vəziyyəti pisləşdirə və uzun müddətdə xroniki vəziyyətə keçə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1298   Tarix: 10 oktyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

gozel gorunmek maskalar reseptler dil haqqinda atalar sozu qadın sonsuzluğu geyim kombinasiyalari saç düzümləri kosmetika qızlıq pərdəsi xlor lekesi azerb clpaq qadinlari üzeyir hacıbəyli xanim az