Açıq-saçıq fotoları ilə məşhurlaşan aktrisadan ehtiras dolu sözlər: "Onunla sevişərdim"

Açıq-saçıq fotoları ilə məşhurlaşan aktrisadan ehtiras dolu sözlər: "Onunla sevişərdim"O, "Stalinin başı", "Toy gecəsi", "Məhkumlar", "Sənə inanıram", "Qisas" və digər yerli seriallarda baş rolda çəkilib. Komplekssiz aktrisadır, obrazları kimi geyimləri də cəsurdur.

Ülfət Bəşir Fazilin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Ülfət, geyimlərində çox cəsursan. Hər zaman tədbirlərdə səni açıq-saçıq libaslarda görürük. Bəs aktrisa olaraq açıq-saçıq səhnələrdə çəkilməyə münasibətin necədir?

– Əslində, açıq geyimlər və obrazlarla bağlı komplekslərim yoxdur. "Bu olar, bu olmaz" deyə, özümü yormuram. Əgər bədən ölçülərim imkan verirsə, niyə də geyinməyim?! Amma əndazəni də aşmıram. Qaldı ki, açıq səhnələrə, çəkilərəm. Pis baxmıram.

– İndiyə qədər hansısa filmdə erotik səhnələrə çəkilmisən?

– İlkin Həsəninin ekranlaşdırdığı "Stalinin başı" filmində heç də qapalı xanım obrazında çəkilməmişəm. İstər geyimlərimdə olsun, istərsə də hərəkətlərimdə, düşünürəm ki, açıq-saçıqlıq yetərincə var. Əlbəttə aktrisayamsa, niyə də olmasın? İstənilən obraz həyatdan götürülüb, biz aktrisalar da həyatdakı insanların taleyini canlandırırıq. Bu, əxlaqsız qadın da ola bilər, ağıllı xanım da.

– Bəs bunun müqabilində alacağın qonorar səni maraqlandırırmı?

– Bu barədə düşünməmişəm.

– Rejissor qarşısında şərt kəsirsənmi ki, bu obraza görə qonorarım fərqli olmalıdır?

– Hələ ki, belə bir situasiya ilə qarşılaşmamışam, ona görə də bu barədə bir söz deyə bilmərəm.

– Ara-sıra sosial şəbəkədə açıq-saçıq geyimlərdə fotoların yayılır. Onların altında heç səni incidən rəylər yazılır?

– Bu təbiidir ki, insanlar fotolarımın altında nələrsə yazır, hətta xoşagəlməz fikirlər də. Amma mən bunu normal qarşılayıram.

– Gözəl xanımsan, yəqin sevgi dolu təkliflər də çox olar?

– O qədər… Telefonuma yazırlar, sosial şəbəkədə etiraflar edirlər.

– Reaksiyan necə olur? Əsəbiləşmirsən ki?

– Reaksiyam çox müsbət olur. Sevgi gözəl hissdir və kimsə mənə sevgisini bildirirsə, onu niyə acılamalıyam ki? Mən o mesajları heç silmirəm də. Vaxtım olduqca oxuyuram və çox zövq alıram. Sözün düzü, o mesajları silməyə vaxtım da olmur.

– Kaprizli aktrisasan?

– Nə mənada?

– Məsələn, xoşlamadığın aktyorla tərəf-müqabili olmaqdan imtina edərsən?

– Yox. Ola bilər ki, həmin aktyorla həyatda şəxsi problemim olsun, hətta danışmayım. Amma mən aktrisayamsa, bunu səhnədə hiss etdirməməliyəm. Lazım gələrsə, onu sevərəm, lazım gələrsə, nifrət edərəm.

– Öpüş səhnələrini özün oynayırsan?

– Yox, dublyor oynayır.

– Niyə? Belə çıxır ki, bu məsələdə kompleksin var?

– Komplekslərim yoxdur. Sadəcə, indiyə qədər səhnədə, ya filmdə öpüşməmişəm.

– Elə bir aktyor varmı ki, onunla tərəf-müqabili olmağı arzulamısan?

– Hollivud ulduzu, aktyor Bryus Uillis arzuladığım tərəf-müqabilidir. Yalnız aktyor kimi deyil, onu bir kişi kimi çox sevirəm, onunla sevişərdim… filmdə. (gülür).

– Bir çox xanımlar bahalı ətir, zinət əşyaları yığmağı sevir… Bəs sən?

– Mən qır-qızıl taxmağı sevmirəm, amma pulumu daha çox aksesuarlara xərcləyirəm.

– İndiyədək ən bahalı hədiyyəni kimdən almısan?

– 15 yaşımda yubileyimi qeyd etdim. Rəfiqəm ən çox sevdiyim müğənnini – Azad Şabanovu ad günümə dəvət etdi. Hələ ondan qiymətli hədiyyəm olmayıb.

Xəbərlər     Baxılıb: 2220   Tarix: 01 iyun 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari adlarin menasi reseptler fatimə fətəliyeva i̇mtahana hazırlıq kətə reseptləri hakista sozleri kosmetika uzeyir səməd vurğun zencefil faydalı məsləhətlər veten seirleri