Aclıq olmadan "cavanlaşma": Amerikalı alimlərdən yeni pəhriz modeli

Aclıq olmadan ABŞ-li alimlər aclıq hissi yaratmadan orqanizmdə faydalı bioloji dəyişikliklərə səbəb olan yeni qidalanma modelini təqdim ediblər. Tədqiqatçılar bildirirlər ki, bu yanaşma qısa müddətdə sağlamlıq göstəricilərini yaxşılaşdıra və bədəndə "cavanlaşma" təsiri yarada bilər.
Milli.Az-ın məlumatına görə, araşdırmanın nəticələri nüfuzlu Aging elmi jurnalında dərc olunub.
Pəhrizin mahiyyəti nədən ibarətdir?
Mütəxəssislərin sözlərinə görə, bu qidalanma sistemi qida qəbulunun vaxtına nəzarət və porsiyaların azaldılması üzərində qurulub. Rasiondan şəkərli və doymuş yağlarla zəngin məhsullar çıxarılır, onların yerini tərəvəzlər, meyvələr və keyfiyyətli zülal mənbələri - ət, balıq, yumurta tutur.
Bu üsul orqanizmi enerji üçün daxili yağ ehtiyatlarını işə salmağa sövq edir ki, bu da çəkinin azalmasına və maddələr mübadiləsinin aktivləşməsinə gətirib çıxarır.
Alimlər həftə ərzində ümumilikdə 5-10 yumurta qəbulunu da məqbul hesab edirlər. Bu miqdar fərdi seçimə uyğun olaraq günlər üzrə bölüşdürülə bilər.
Gözlənilən faydalar
Araşdırma müəlliflərinin fikrincə, sözügedən pəhriz yalnız arıqlama ilə məhdudlaşmır. O, enerji səviyyəsinin yüksəlməsinə, həzmin yaxşılaşmasına, ürək-damar xəstəlikləri riskinin azalmasına və bəzi xərçəng növlərinin qarşısının alınmasına müsbət təsir göstərə bilər.
Xüsusilə su balansının qorunması bu pəhrizin effektivliyini artıran əsas amillərdən biri kimi qeyd olunur.
Kimlər üçün uyğundur?
Alimlər bildirirlər ki, bu qidalanma modeli müxtəlif yaş qruplarına uyğunlaşdırıla bilər və xüsusilə artıq çəki, eləcə də metabolik problemləri olan insanlar üçün faydalıdır.
Bununla yanaşı, mütəxəssislər pəhrizə başlamazdan əvvəl həkim məsləhətinin vacibliyini vurğulayırlar. Çünki hər orqanizm fərqlidir və düzgün nəticə üçün fərdi yanaşma əsas şərtdir.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1035   Tarix: 12 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

qis geyimləri 2026 qadin dunyasi hamiləlik ekzema xəstəliyi sirin gilas cinsi infeksiyalar nagillar kosmetika tərəzi haxista kahfe fali gəncə veten seirleri