Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK

Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİKSoyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.
Lakin bəzən bu simptomlar adi soyuqdəyməyə deyil, daha ciddi xəstəliklərə işarə edə bilər.
Bu səbəbdən əgər "soyuqdəymə" çox uzun çəkir, qeyri-adi simptomlarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, qan xərçənginin başlanğıc mərhələlərində hərarətin yüksəlməsi, çox güclü zəiflik, baş və əzələ ağrıları kimi simptomlar meydana çıxır. Bu simptomlarla yanaşı xəstə səbəbsiz arıqlamağa başlayır, dərinin üzərində, xüsusilə sinə, qol və ayaqlarda qırmızı və bənövşəyi ləkələr əmələ gəlir, təngənəfəslik inkişaf edir.
Digər soyuqdəyməyə bənzəyən təhlükəli xəstəlik mononukleozdur. Bu xəstəlik zamanı da hərarət qalxır, zəiflik, boğaz ağrısı olur. Mononukleoz çox ciddi fəsadlar verə bilir. Bu fəsadlar arasında immunodefisit, qaraciyər zədələnməsidir. Mononukleozun digər simptomları: boyun limfa düyünlərinin böyüməsi, sinə və üzdə səpkilər.
Hərarətin yüksəlməsi, baş ağrısı və zəiflik ağır infeksiya olan meningitə işarə edə bilər. Meningit baş və onurğa beyini qişalarının iltihabıdır. Meningit çox təhlükəli xəstəlikdir və vaxtında və düzgün müalicə olunmdığı halda xəstənin ölümünə səbəb ola bilir. Meningitin digər simptomları arasında: ürəkbulanması və qusma, işığa qarşı həssaslıq, boyun əzələlərinin çox gərgin olması (xəstə boyunu aşağı əyə bilmir).
Bəzən elə olur ki, soyuqdəymə keçir, lakin 1-2 həftədən sonra sanki yenidən qayıdır. Bu ağciyər iltihabı olan pnevmoniyaya işarə edə bilər. Pnevmoniya çox ağır xəstəlikdir və vaxtında müalicə olunmadıqda  xəstənin ölümü ilə nəticələnə bilər. Pnevmoniyanın simptomları: yüksək hərarət, güclü tərləmə, öskürək, təngənəfəslik.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 939   Tarix: 04 fevral 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib. xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimind

.

İdmançılar ramazanda necə qidalanmalıdır?

"Həm sahurda, həm də iftarda yüksək yağlı qızardılmış qidalardan, şəkərlərdən və hazır qidalardan çəkinməliyik. Bu qidalar gün ərzində aclıq hissini artırır, oruc tutmağı çətinləşdirir, iftarda həddindən artıq yeməy

.

Vərəm xəstələri necə qidalanmalıdır? - Tövsiyələr

"Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsidir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib. Onun sözlərin

.

İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf

Alimlər infarktdan sonra ürəyin bərpasına kömək edə biləcək eksperimental inyeksiya hazırlayıblar. Preparatın bir dozası ürəkdə qoruyucu prosesləri bir neçə həftə ərzində dəstəkləyə bilir. xəbər verir ki, bu barədə tədqiqatı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu şəxslərə banan yemək olmaz - SƏBƏB

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər. xəbər verir ki, dietoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. B

.

Niyə paltaryuyan maşına sirkə əlavə etmək lazımdır?

Paltaryuyan maşına ağ sirkə əlavə etmək həm paltarların keyfiyyəti, həm də maşının özü üçün faydalı ola bilər. əsas səbəbləri sizə təqdim edir:. 1. Pis qoxuları aradan qaldırır. Sirkə bakteriyaları neytrallaşdırmağa kömə

.

13 növ xərçəng riski - Şirniyyatsevərlər diqqət

Şəkərin həddindən artıq qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, usiyalı onkoloq Vladimir İvaşkov bildirib ki, rasionda şəkərin çox olması xərçəng xəstəliklərinin ən azı 13 növünün yaranma riskin

.

Faydasızdır, həm də ZİYANLI

Hemoroidin xalq təbabəti ilə müalicəsi faydadan daha çox zərər verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə proktoloq Aleksey Vinnikov deyib. O, özünümüalicənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib:

turlar.az

hamiləlik həkim məsləhəti qadın geyimi 3 kq gün vurmanın əlamətləri otaq dizayni plastik əməliyyat kosmetika hakışta rəksanə burcler haqqinda vətən haqqında bayatı ginekoloq