Afaq Aslandan ŞOK ETİRAF: "Çingiz Abdullayev mənə zəng edib... "

Afaq Aslandan ŞOK ETİRAF: "Çingiz Abdullayev mənə zəng edib... "Xanim.az xəbər verir ki, oxu.az bu yaxınlarda özünü model kimi sınayan və Ukraynada keçirilən gözəllik müsabiqəsində qalib olan müğənni Afaq Aslanla müsahibəni təqdim edir:

- Ukraynada təşkil olunan "Kainat gözəli - 2017" gözəllik müsabiqəsində qalib olduqdan sonra Azərbaycanın detektiv yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev sizi təbrik edib və bu, sosial mediada böyük rezonans doğurub...

- Çingiz Abdullayev ailəmizin çox sevimli yazıçısıdır. Dünyada tanınmış insandır. Ukraynada keçirilən "Kainat gözəli - 2017" yarışmasında birincilik qazananda, məni ilk təbrik edənlərdən biri Çingiz Abdullayev oldu. Telefon danışığımız zamanı söylədi ki, vaxt olsa, görüşüb çay içərik, mən sizi canlı-canlı təbrik edərəm. Şərəf duyuram ki, o cür alicənab, aristokrat, sözünü dünyaya demiş insan məni diqqətdən kənarda qoymadı.

- Müsabiqədə iştirakınızla bağlı danışmağınızı istərdik...

- İki ildir mənə bu müsabiqədə iştirak etmək təklif olunurdu. Elə oldu ki, bu dəfə razılıq verdim. Mən nəyəsə iddialı deyiləmsə, o yola addım atmıram. Bilirəm ki, addımladığım yolda uğur əldə edəcəyəm. Müsabiqəyə 23 ölkənin təmsilçisi qatılmışdı. Finala 9 ölkə vəsiqə qazandı. Nəticədə mən qalib oldum, Azərbaycanı birinci etdim.

- Yarışmada iştirakınız birmənalı qarşılanmadı. Bu, hətta sosial mediada və verilişlərdə də müzakirə olundu...

- Bu sahə belədir ki, bir insanın uğuruna heç kim sevinmir. Mən müsabiqədə olan ərəfədə Rövşanə Bektaşinin təqdimatında yayımlanan "Səhər-səhər" verilişində mənim açıq-saçıq geyimlərim müzakirə olunub. O verilişə internetdə baxdım, gülməyim gəldi. Mən Rövşanə xanımı savadlı jurnalist kimi tanıyıram, lakin onun qeyri-peşəkar veriliş aparmağı mənə çatmadı. O dəqiqə bilinir ki, veriliş hansısa maraqlar üzərində qurulub. Aparıcı orada belə bir söz işlədir: "Mən Afaq Aslanı tanımıram". Onun bu sözləri gülünc səslənir. Məni tanımırsan, amma verilişində müzakirə edirsən. Sonra verilişdə belə bir sual verir: "Afaq modeldir, yoxsa müğənni?" Ən azından intellektual səviyyəsi olan aparıcı verilişində müzakirə etdiyi insan barədə məlumatlı olmalıdır. Mən sənətə Kamal (Kəmaləddin Heydərov) müəllimin bəstəsi ilə gəlmişəm. Bilirsiniz ki, o, hər adama mahnı vermir.

Verilişdə Əməkdar artist Lalə Məmmədovanın haqqımda danışması mənə qəribə gəldi. Təsəvvür edin ki, 15-20 il ömrünü bu sənətə həsr edən və Əməkdar artist adı alan müğənni 3-5 il səhnədə olan ifaçıya söz atmaqla gündəmə gəlir. Bu, acizlikdir. Mən 7 ildir bu sahədəyəm. Lalə Məmmədova "Məktəb illəri" mahnısını ifa edəndə, mən məktəbli idim, müğənni deyildim. Mənim yaşım qədər onun təcrübəsi var. Birdən-birə mənə sataşmağı gülüncdür, onun adına yaraşmır. Yalnız dar düşüncəli insan qarşısındakına geyiminə görə qiymət verə bilər. İnsanın əxlaqına geyiminə görə qiymət verilmir. Mənə söz atan insan, sən ailə qurmuşdun, iki övladın var idi. Onda mən də sənə sual verim ki, nümunəvi qadın ərindən boşanmaz, niyə boşandın?

Aparıcı mənim geyimlərimin açıq-saçıqlığından danışır. Buradan ona demək istəyirəm ki, mənim soyunmağım bir çoxlarının geyimindən qiymətlidir. Model və müğənnilik peşələri mənim hobbimdir. Model səhnədə kürk geyinib gəzməli deyil ki? O, bədəninin gözəlliyini nümayiş etdirməlidir. Mənə maraqlıdır ki, o savadlı jurnalistdirsə, bilmir ki, model necə geyinməlidir? Rövşanəyə sual lazımdır ki, sənin əmin Alim Səlimov 1983-cü ildə "Papaq" filmində yarıçılpaq vəziyyətdə dəmirçi obrazını yaradıb. O vaxt soyunmaq nədir, bilmirdilər. Sən niyə öz verilişində ailə üzvlərini müzakirə etmirsən, mənim geyimlərimdən danışırsan?

Qoy, mənim haqqımda elə adam fikir desinlər ki, onların cəmiyyətdə nüfuzu var. Öz həyatından bixəbər olan insanlar məni müzakirə edirlər.

- Sosial şəbəkələrdə bu cür şərhlərə rast gəlirik: "Afaq Aslanın gözəl bədən quruluşu var, lakin üz cizgiləri müsabiqəyə uyğun deyil" və s...

- Məni heç kim azərbaycanlıya bənzətmir. Elə bilirlər ki, metisəm. Bu barədə mənə müsabiqədə olanda da sual verdilər. Daha çox ərəb və İran qızlarına bənzədirlər.

- Modelliklə bağlı fəaliyyətinizi davam etdirmək planınız var?

- Bunu ilk dəfə sizə açıqlayıram. Həmin müsabiqədən sonra mənə İtaliya və San-Marinoda təşkil olunacaq gözəllik müsabiqələrinin təşkilatçılardan təklif gəldi. İndidən ora hazırlaşıram.

- Siz həm də akademik Aslan Aslanovun nəslindənsiniz. Onu necə xatırlayırsınız?
- Bəli, atamın əmisidr. Mənim adımı da o qoyub. Aslan Aslanovun doğma övladı olmayıb. Mənim atamı və ailə həyatı qurduğu qadının qızını övladlığa götürüb. O, çox humanist insan olub. Köməyə ehtiyacı olanlara əl tutub. O, həm də ADMİU-nun prorektoru kimi çalışıb. Bir çox Xalq və Əməkdar artsitlərimizə dəstək olub.

- Ziyalı ailəsində böyüyüb, qalmaqallı fotolarınızla gündəmə gəlmisiniz. Afaq Aslanın bilmədiyimiz daha hansı tərəfləri, istedadı var?

- Əslində, mən Memarlıq və İnşaat Universitetinin memarlıq və dizayn ixtisasını bitirmişəm. Geyimlərimin dizayn və modeli mənə məxsusdur. Ona görə geyimlərim gündəmə belə "bomba" kimi düşür və hamı onlardan danışır. Dizaynerlik mənim içimdə uşaqlıqdan var. Valideynlərim məndə bu istedadı gördülər və həmin sahə üzrə təhsil almağa istiqamətləndirdilər. Mən uşaqlıqdan şöhrətpərəst olmuşam. Bilirəm ki, həkim, müəllim və ya digər peşənin sahibi olsaydım, yenə də tanınmış insan olardım.

Müğənni olmağıma gəlincə, mən həmişə xor dərnəyinə gedir, Xalq artistlərindən dərs alır, bu sahəyə hobbi kimi baxırdım. Tam təsadüf nəticəsində bu sənətə gəldim. Şair Baba Vəziroğlu ilə ailəvi yaxınıq. Bir dəfə o dedi ki, gəl, sənə Kamal müəllimdən yeni mahnı verim, oxu. Mən də razı oldum. Sonra gənc bəstəkarlardan mahnı aldım. Gördüm ki, mahnılar çoxdur, albom buraxdım. İlk albomum çıxanda təqdimatda rəfiqəm, türkiyəli ifaçı Ebru Polat iştirak etdi. Media işıqlandırdı. Bir də gördüm ki, artıq şou-biznes aləmi məndən danışır.

Digər istedadıma gəlincə, mən çox dadlı yeməklər bişirirəm. Mənim hazırladığım lobya və badımcan çığırtmasını yeyənlər, demək olar ki, dadından doya bilmirlər.

Ziyalı ailəsində böyümüşəm, atam fizik, anam filoloq, babam isə akademikdir. Orta məktəbi və universiteti fərqlənmə ilə bitirmişəm. Spirtli içki qəbul etmirəm, siqaret çəkmirəm, gecə həyatı yaşamıram. Ümumiyyətlə, tüfeyli həyatdan uzağam. Mən bunu istəmirəmsə, heç kim məni öz istədiyi yola çəkə bilməz. Mən danışanda, deyirlər ki, elə bil siyasətçi danışır. Şou-biznesdə müğənnilərin 99 faizi savadsızdır.

- Nəyə görə bu üstün cəhətlərinizlə deyil, qalmaqalla gündəmə gəlməyi seçdiniz?

- Bu, mənim seçimim deyil. Qatıq ağdırsa, ona qara deyən adam deyiləm. Həmişə sözün düzünü demişəm. Bu isə qarşı tərəfdə qıcıq yaradır, ona acı gəlir. Hər zaman düz danışan adam özündən asılı olmayaraq, qalmaqala düşür. Onun sözünü müzakirə edirlər.

Müğənnilərimizin əksəriyyəti ailəli adamdan övlad dünyaya gətirir. Kiminsə ailəsini dağıdır, göz yaşları üzərində xoşbəxtlik qururlar. Bunları qınayıram. Bu qədər çirkablı mövzular ola-ola danışmırlar, elə Afaq Aslanı müzakirə edirlər.

- Dəfələrlə şahidi olmuşuq ki, qeyri-rəsmi nikahla ailə qurmağın əleyhinə olduğunu bildirən məşhurlar bunun əksini ediblər. Bir gün sizin də başınıza bu cür sevgi gələrsə, nə edəcəksiniz?

- Əslində, mən bir dəfə rəsmi nikahda olmuşam. 20 yaşımda ailə qurmuşdum, bir il yarımdan sonra ayrıldım. Övlad dünyaya gətirməyi istəmədim. Universitetdə oxuyanda çox gözəgəlimli qız idim. Elçilərim çox olurdu. Ailəm məni başqasına ərə vermək istəyirdi. Mən öz seçib-sevdiyimlə ailə qurdum. Azərbaycanda tanınmış nəslin gəlini oldum. Pulun çoxluğu hərdən insanı qudurdur. Mən pula pul deməyən bir adamın arvadı olmuşam. Bizim evə pul sayla gəlməyib, sayılmaz məbləğdə gəlib. Amma pul xoşbəxtlik demək deyil. O insan harınladı. Mənə xəyanət etməyə başladı. Kənarda başqa-başqa qadınlar saxlayırdı, onlardan övladları var idi. Bir dəfə məşuqələrindən biri mənə zəng etdi. Mübahisə etdiklərindən, mənə onu ifşa etdi. Gördüm ki, ərimin məşuqələri, uşaqları var, ondan ayrılmağa qərar verdim.

Əgər ailəli adama aşiq olsam, mənim ucbatından onun ailəsi dağılmağa məruz qalarsa, sevgimi qurban verərəm. Hansısa qadının göz yaşları üzərində öz xoşbəxtliyimi qurmaq istəmərəm. Bu gün onu atıb, mənim yanıma gələn, sabah da məni başqasına dəyişər.

- Bir az da gələcək planlarınızdan danışaq. Yeni klip təqdimatı olacaq?

- Bəli, artıq hazırdır. "Sənlə mən" adlı mahnıma klip çəkdirdim. Ekran işində tərəf müqabilim modeldir. Klipin süjet xətti sevgidən bəhs edir. Bu yaxınlarda təqdim edəcəyəm.

Həmçinin Türkiyə telekanallarının birində aparıcı olmaq təklifi almışam. Bununla bağlı Türkiyəyə gedib-gəlirəm.

Eyni zamanda, əsl ixtisasım üzrə fəaliyyətimi genişləndirmək, tekstil sahəsində öz brendimi yaratmaq istəyirəm. Bu, hansısa moda evi, atelye ola bilər.

Xəbərlər     Baxılıb: 4870   Tarix: 24 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. -a istinadən bildirir ki, "ScienceDaily" nəşrinə istinadən məlumat verir

.

Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız

Qurban bayramında süfrələrin əsas bəzəyi olan qoyun ətinin normadan artıq və ya yanlış şəkildə istehlak edilməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.  xəbər verir ki, mütəxəssislər xüsusilə bayram günlərində qoyu

.

Saxta xamanı necə tanımaq olar?

Mağazadan xama alan istehlakçılar bəzən keyfiyyətsiz və ya saxta məhsulla qarşılaşa bilirlər. İstehsalçılar süd yağının çatışmazlığını müxtəlif kimyəvi əlavələr və aromatizatorlarla gizlətməyi bacarırlar. xəbər verir ki

.

Kilosu 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO

Dağlıq ərazilərin sakinləri yüksək qida dəyərinə malik olan işqın (uşqun) bitkisini toplmaq üçün dağların yolunu tutmağa başlayıblar. Sərt keçən qış fəslindən sonra qarların əriməsi ilə yüksək hündürlüklü yaylalarda canlanm

.

Psixoloqlar: Təkrarlanan yuxular insanın şüuraltı vəziyyəti ilə bağlı ola bilər

Son dövrlərdə psixologiya sahəsində aparılan müşahidələr göstərir ki, bir çox insan eyni və ya oxşar yuxuları təkrar görür. Mütəxəssislərin fikrincə, bu hal təsadüfi deyil və insanın psixoloji vəziyyəti ilə birbaşa əlaqəl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

"Ebola" sürətlə yayılır, ölənlərin sayı 131-ə çatdı

"Ebola" epidemiyası Konqoda sürətlə yayılmağa davam edir. Rəsmi məlumata görə, ölkənin İturi və Şimali Kivu əyalətlərində virusa yoluxanların sayı 435-ə, ölənlərin sayı isə 131-ə çatıb. xəbər verir ki, Konqo hökumət

.

Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı

Alimlər insan orqanizmində qocalmanın düşündüyündən daha fərqli şəkildə getdiyini açıqlayıblar. xəbər verir ki, yeni araşdırmaya görə, insan bədəni xüsusilə 44 və 60 yaşlarında kəskin bioloji dəyişikliklər yaşayır. Stanfor

.

Hər gün 2 qaşıq yeyin, görün nə olur

Araşdırmalar göstərib ki, xüsusilə bir qida hər il milyonlarla insanın ölümünə səbəb olan ürək xəstəliyi riskini azalda bilər. Hətta xolesterol kimi bir bəlanı qida vasitəsiylə aradan qaldırmaq mümkündür. xəbər verir ki

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari kosmetoloq dolça bürcü korpelere qulluq çolkalı saç modelleri saç kəsimləri 2026 kosmetika kahfe fali atalar sözü novruz hakista qaynana əqrəb