Afaq Bəşirqızı "İnstagram" hesabını sildi - FOTO
Xalq artisti Afaq Bəşirqızı son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşmür.
Open.az xəbər verir ki, aktrisanın bir neçə gün əvvəl müsahibələrindən birində dediyi "Rayondan gəlib, "padyez"də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir" sözləri ilə qalmaqala səbəb olmuşdu.
Ötən gün isə onun ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələr gündəmə gəlib. Hətta MTRŞ bu sözlərə görə telekanalın yayımını 6 saatlıq dayandırıb.
Bu qalmaqallardan sonra isə A.Bəşirqızı İnstaqram səhifəsini bağlayıb. Aktrisa 21 mindən çox izləyicisi olan profilindən bütün paylaşımlarını silib. O, profilin adını dəyişərək "meduzatime" edib. Ötən gündən səhifədə başqa görüntülər paylaşılmağa başlayıb.
Bəşirqızı səhifədə yalnız 2 milyondan çox izlənən müsahibəsini saxlayıb.(axşam.az)










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı