Ağ düyünün bu ağır xəstəliklə yaxın əlaqəsi var - ARAŞDIRMA
Ağ düyünün diabet xəstəliyi ilə əlaqəsi aşkarlanıb.
Milli.Az xəbər verir ki, "Diabetes Care" dərgisində dərc edilən məqalədə bu barədə bildirilir.
Məqalə Argentina, Braziliya, Kanada, Çili, Banqladeş, Çin, Kolumbiya, Hindistan, İran, Malayziya, Pakistan, Fələstin, Filippin, Polşa, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İsveç, Tanzaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Zimbabvedə aparılan araşdırmadan bəhs edir. 35-70 yaş aralığında 132 min 373 nəfərin qatıldığı proses 10 il davam edib. Bu çərçivədə könüllülərə hər gün ortalama 128 qram ağ düyü verilib. Əldə olunan nəticələrə əsasən, iştirakçıların 6 min 129 nəfərində diabet xəstəliyi əmələ gəlib.
Ən çox ağ düyü istifadəsi gündə 630 qram ilə Cənubi Asiya ölkələridir. Bu bölgələri 239 qram ilə Cənub-Şərqi Asiya ölkələri və Çin izləyir.
Məsələ ilə bağlı fikirlərini bildirən qida mütəxəssisi Priya Katpal deyib ki, hər ağ düyü istifadəçisi olan ailənin diabet xəstəliyinə tutulan bir üzvünün olduğunu demək mümkün deyil. Bu, daha çox nə qədər düyü yeyilməsi, düyünün yanında nə yeyilməsi və hansı aralıqlarda istifadəsindən asılıdır. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq