Ağadadaş Ağayev: "Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq

Ağadadaş Ağayev: Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən "Dodağına gülüş qonub" və "Sevirəm de" mahnıları oğurlanıb.
Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb.
A.Ağayev "Sevirəm de" nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb:
"Sevirəm de" mahnısını sovet dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ərəfədə isə mənim yeni kasetim çıxmışdı. O zaman heç mən evli də deyildim. O mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə gəldi. Qapını döydü və dedi ki, sizinlə söhbət etməliyəm. Onunla keçdik mətbəxə. O, çantasından bir "Yerevan" konyakı və şokoladlar çıxardı. Həmin erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki, siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, sizə erməni pasportu hazırlayaq və Ermənistanın girişində sizə bir heykəl ucaldaq.
Ona sual verdim ki, "Siz polissiniz və sizin bu söhbətlərə nə aidiyyətiniz var?" O isə cavabında mənə - "Düşək qapıya, avtomobilimə əyləşək. Görəcəksən ki, orada sənin kasetindən başqa kaset yoxdur. Mən ancaq sənin mahnılarını dinləyirəm. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin yanına elə-belə gəlməmişəm". Elə oldu ki, birlikdə qapıya düşüb avtomobilə əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım və səsimdir.
O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər birisi idi. Dedim ki, mən bu barədə məsləhətləşib sənə sabah xəbər edərəm. Elə oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim, dedim ki, yığ dostlarını, bu erməni polisini yaxşıca əzişdirək... Xanbala çox emosional və vətənpərvər insandır. İnanın, içim dağılırdı bunun mənə o təklifindən, amma büruzə verməməyə çalışırdım.
Səhər mən bu həmin erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək də, erməni ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq".
Qeyd edək ki, Ağadadaş Ağayev açıqlamasında bildirib ki, yaxın zamanda 100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət Agentliyinə təqdim edəcək. / azxeber.com

Şou Biznes     Baxılıb: 856   Tarix: 21 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Səidə Bəkirqızı bu telekanalda çalışacaq - AÇIQLAMA

Jurnalist Səidə Bəkirqızı "Space" televiziyasında çalışacaq. Bu barədə o, -a açıqlamasında bildirib. Bəkirqızı qeyd edib ki, həftənin beş günü səhər saatlarında efirə gedəcək verilişində gündəm mövzuları müzakir

.

Nurgül Yeşilçay 'Ömür usta' ilə razılığa gəlib

Məşhur aktrisa Nurgül Yeşilçayın yeni layihəsi bəlli olub. . Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Ömür usta" serialı ilə ekranlara dönür. "İkinci bahar", "Asmalı Konak" "Paramparça"

.

İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil

Pop diva Aygün Kazımovanın özü kimi müğənni qızı İlqarə Kazımova uzun zaman sonra efirə çıxıb. xəbər verir ki, o, "Öz aramızda" verilişində maraqlı açıqlamalar edib. İlqarə gec-gec görünməsinin səbəblərini açıqlayıb:

.

"Kızılcık Şerbeti"ndə azərbaycanlı obraz

"Kızılcık Şerbeti"nin yeni sezonunda Azərbaycanla  bağlı səhnəyə verilib. xəbər verir ki, səhnədə Asil obrazının Bakıdakı şirkətdən İstanbula yola düşdüyü göstərilib. Erkan Avcının canlandırdığı personajın köməkçis

.

Bakını məhv etdilər' - Aparıcı kədərləndi

Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova Bakıda qədim məhəllələrin sökülməsinə etiraz edib. xəbər verir ki, bununla bağlı paylaşım edən Hüsniyyə məyus olduğunu bildirib:. "Bütün bu binalar sökülür. Ağıllı adam olsaydı

.

"Kosmik səfərə bir addım daha yaxınam" - Foto

Aparıcı Leyla Mustafayeva özünün və qızı Selcanın adını rəsmi olaraq kosmik səfərə yollayır. xəbər verir ki, o, instaqram səhifəsində aldığı biletin fotusunu paylaşaraq səfərin 2026-cı ilin aprelində baş tutacağını qeyd edib

.

Məşhur müğənninin atası vəfat etdi

Dağılan "Hepsi" qrupunun üzvü Yasemin Yürükün atası vəfat edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbəri müğənni şəxsi sosial media hesabından açıqlayıb. "Atamız Mehmet Yürükü itirdik. Dualarınız

.

Tunar oğlunu birinci sinfə yola saldı - FOTOLAR

Müğənni Tunar Rəhmanoğlu övladı Əli Rəhmanı birinci sinfə yola salıb. . xəbər verir ki, sənətçi övladının məktəbdə çəkilən görüntülərini yayımlayıb. Qeyd edək ki, Tunar Ülviyyə adlı xanımla ailəlidir. Onun bir oğlu var. Ayse

.

Məhkəmə Larisa Dolinanın mənzilini alıcılara qaytarmadı

Məhkəmə fırıldaqçılar vasitəsilə evi əlindən alınan Larisa Dolinanın mənzilini alıcılara geri qaytarmaqdan imtina edib. Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsinin qərarına əsasən, mənzili

turlar.az

kosmetoloq gelinlikler geyim və ayaqqabılar azərbaycan haqda yay koftalari pnevmoniya xesteliyi kokteyl kosmetika faydalı bilgilər gunay qız bürcü novruz bayramina aid hakista mikayıl abdullayev