Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitabTanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub.
Milli.Az axar.az-a istinadən bildirir ki, türk dünyasının tarixinə olduqca böyük töhfə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq ensiklopediya İstanbulda nəşr edilib.
Təqdimat mərasiminin moderatoru, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı ensiklopediya haqqında fikirlərini söyləyib. O, kitabın Azərbaycan və bütövlükdə türk dünyası üçün qiymətli bir töhfə olduğunu qeyd edib:
"Firudin bəylə bizi uzun yol, əqidə, məsləhət yoldaşlığı birləşdirir. Onun yaradıcılığına uzun illərdir bələdəm. O, bu kitablarda "iynə ilə gor qazıb". Bütün xəritələri özü hazırlayıb, türk tarixi ilə bağlı hər şeyi üzə çıxarıb, bu araşdırmalara "türk" adının çəkilməsinin yasaqlandığı vaxtdan başlayıb. Firudin Ağasıoğlu türk tarixinə baxışı dəyişdirib. O, bu kitabında türk tarixi ilə bağlı bütün yanlış məqamlara aydınlıq gətirib".
"İslamöncəsi Türk Tarixi" ensiklopediyası haqqında danışan müəllif 30 ildir Urmu nəzəriyyəsi üzərində işlədiyini deyib. Professorun sözlərinə görə, bu əsər həmin araşdırmaların nəticəsidir:
"İslamaqədərki tarix mürəkkəb məsələdir, çünki qaynaqlar çox azdır. Bu kitabı yazarkən də çox böyük əmək sərf etmişəm. Urmu nəzəriyyəsini araşdırmışam. Bu nəzəriyyə türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. 30 illik araşdırmalarımın nəticəsində "İslamöncəsi Türk Tarixi" adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı. Kitabı mən yazmışam, onu ictimaiyyətə çatdıran, çap edən isə Mübariz Mənsimovdur. Ona çox təşəkkür edirəm. Kitabın ərsəyə gəlməsində çox adamın əməyi var. Onların hər birinə təşəkkür edirəm".
Daha sonra çıxış edən sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Firudən Ağasıoğlu ilə olan xatirələrini bölüşüb. O, təqdimatı keçirilən ensiklopediyanın türk dünyası üçün böyük əhəmiyyətə malim tam yeni kitablardan ibarət olduğunu bildirib:
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov vurğulayıb ki, türk etnosu ön Asiyadan dünyanın başqa yerlərinə pərvazlanıb. Onun sözlərinə görə, bu konsepsiya Firudin Ağasıoğlunun bütün yazılarında əksini tapıb.
Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi Firudin Ağasıoğlu ilə olan xatirələrindən danışıb, onun yaradıcılığından söz açıb. Həmçinin o, Firudin Ağasıoğluna həsr etdiyi şeiri səsləndirib.
Qeyd edək ki, doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediyası "Palmali" Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə İstanbulda nəşr edilib.
Milli.Az / news.milli.az

Maraqlı     Baxılıb: 9277   Tarix: 12 noyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

hamiləlik qaşların formalari yay geyimləri 2026 qadın məsləhətxanaları turşu resepti sobada toyuq qizartmasi sepkilere qarsi mualice kosmetika masturbasiya novruza aid hakışda aslan şirin qoğal novruz hakisdalari