"Ağdamda gecə saat 4-dən ATIŞMADIR" - İcra başçısı
Son günlər sosial şəbəkələrdə Ağdamda kəndlərin boşaldılması ilə bağlı şayələr dolaşmaqdadır.
Bu şayələrin hansı mərkəzdən yayıldığı, kimə xidmət etdiyi təbii ki, məlum məsələdir.
"Ölkə.az" Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla əlaqə saxlayıb və məsələni aydınlaşdırıb.
"Əslində heç bir kənd boşalmayıb. Hər kəs öz yerindədir. Gərginlik var. Gərginlik olan kimi sakinlər yaşlı adamları, körpələri götürüb kəndin mərmi tutmayan yerinə keçirlər. "Kəndlər boşaldı, insanlar başqa yerə getdi" kimi məlumatlar əsassızdır. Camaatın kənddə malı-dövləti, heyvanı var" - deyə Raqub Məmmədov qeyd edib.
Dünən gecə saatlarında yaşanan gərginliklə bağlı Raqub Məmmədov bildirdi ki, gecə saat 04:00 radələrində gərginlik yaşandı. Kənd camaatı evləri boşaldıb yolun kənarına yerləşmişdi:
"Özüm saat 04:00-dan camaatın yanında olmuşam. Gərginlik olanda evləri tərk etmək normaldır. İnsanıq, bilirik ki, göylə gələn mərmidir, onu əllə saxlamaq olmur axı. Ona görə də, mütləq təhlükəsiz əraziyə çəkilmək lazımdır. Kişilər isə kəndləri tərk etmir".
İcra başçısı həmçinin bunları qeyd edib:
"Ağdam rayonun icra başçısı olaraq sizə deyirəm, gecə saat 4-dən camaatın yanındayam. Gecə olan gərginlikdə Qaradağlı və Çəmənli kəndinin hərəsindən 10-15 ailə, Əfətli kəndindən 50 ailə kəndlərin aşağı hissəsində gözlədi. Saat 06:00-da isə onların hamısı ilə görüşdüm və bildirdim ki, sakitlikdir, hər kəs evinə, kəndinə qayıtsın və hər kəs öz evindədir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq