Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ - Təhlükəli maddə aşkar edildi

Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ - Təhlükəli maddə aşkar edildiSon araşdırmalar göstərir ki, ağıllı saatlar və fitnes izləyicilərində istifadə olunan bəzi materiallar insan sağlamlığı üçün risklər yarada bilər. Xüsusilə bahalı ağıllı qolbaqların istehsalında istifadə edilən flüorlu sintetik kauçukda zərərli "kimyəvi maddələr" (PFAS) tapılıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu məhsulların tərkibində perfluoroheksanoik turşusu (PFHxA) olduğuna diqqət çəkirlər. PFHxA, həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi zərər verən PFAS kimyəvi maddələr qrupunun üzvüdür.
PFAS maddələri davamlılığı artırmaq, çirklənməni önləmək və suya qarşı müqavimət göstərmək xüsusiyyətlərinə görə çoxlu istehlak məhsulunda, o cümlədən ağıllı qolbaqlarda istifadə olunur. Lakin bu kimyəvi maddələr dərimizlə təmasda bədənə keçə bilər.
Scripps Araşdırma İnstitutunun mütəxəssisi Qrem Peasli bu məsələyə toxunaraq bildirib ki, "Bu kimyəvi maddələrin uzun müddət dərimizlə təmasda olması narahatlıq yaradır."Tədqiqatçılar müxtəlif markalardan olan 22 ağıllı saat və fitnes qolbağını araşdırıb. 13 flüorlu elastomer qolbağın hamısında flüor, 9 qolbaqdan isə ikisində flüor izləri tapılıb. Daha bahalı məhsullarda flüor səviyyələri ümumiyyətlə daha yüksək olmuşdur.
Bəzi nümunələrdə PFHxA maddəsinin konsentrasiyası 16,000 ppb-ə çatıb ki, bu da kosmetik məhsullarda rast gəlinən səviyyələrdən dörd dəfə yüksəkdir.
PFHxA-nın dəri vasitəsilə bədənə necə keçdiyi və bu maddənin təsirləri tam olaraq müəyyən edilməyib. Lakin tədqiqatlar göstərir ki, bu maddə normal şəraitdə də əhəmiyyətli dərəcədə dəri tərəfindən udula bilər.
Mütəxəssislər istifadəçilərə silikon əsaslı, daha ucuz qolbaqlar seçməyi tövsiyə edir. Bahalı məhsul almaq istəyənlərə isə flüorlu elastomer tərkibindən çəkinmələri məsləhət görülür.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1135   Tarix: 19 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi kosmetoloq yemek reseptleri ana və uşaq aybaşı portagalin faydasi maraqli toy ideyalari kosmetika xerçeng xerceng muellim seiri xocali olumu