Ağır makiyajın FƏSADLARI - Kosmetoloqdan çağırış

Ağır makiyajın FƏSADLARI - Kosmetoloqdan çağırışMakiyaj demək olar ki, əksər xanımların imtina edə bilmədiyi bir vasitədir. Qadınların çoxu gözəl görünmək üçün demək olar ki, hər gün makiyajdan istifadə edirlər. Daha çox isə məşhurlar, efirə çıxan insanları hər gün ağır makiajlara müraciət edirlər.
Maraqlıdır, hər gün edilən makiyajın dəriyə mənfi təsiri varmı?
Milli.Az bildirir ki, kosmetoloq Aytac Səfərovanın Lent.az-a dediyinə görə, düzgün edilməyən makiyaj üz dərisinə mənfi təsir edir:
"Tərkibində kimyəvi qatqılar olan makiyaj vasitələri dəriyə zərər verə bilər. İnsanlar maddi baxımından çox vaxt ucuz vasitələrdən istifadə edirlər, bu isə çox ciddi fəsadlara yol aça bilər. Məsələn, tərkibində kimyəvi maddələr olan məhsullardan istifadə zamanı həssas dərilərdə ciddi dəri xəstəlikləri, sızanaqlar və s. yaranar. Bundan başqa, kimyəvi qarışığı olan kosmetik məhsullar dərinin tez qocalmasına, korlanmasına səbəb olur. Buna görə ucuz deyil, keyfiyyətli, tərkibi təbii olan məhsullar almaq lazımdır".
A.Səfərovanın sözlərinə görə, ağır makiyajlar da dərinin korlanmasına səbəb olur:
"Çox təəssüf ki, bəzi qadınlar düşünürlər ki, baxımlı olmaq üçün kosmetikadan daha çox istifadə etmək lazımdır. Lakin çox ağır və qabarıq şəkildə olunan makiajın əvəzinə az miqdarda sadə makiaja üstünlük verərək daha gözəl görünmək olar. Onu da vurğulayım ki, çox vaxt gənc qızlar makiajdan daha çox istifadə edir. Bu isə onların yaşından böyük görünməsinə və gələcəkdə dərilərinin daha tez korlanmasına gətirib çıxarır".
Kosmetoloqun sözlərinə görə, makiyaj yatmazdan əvvəl mütləq üzdən təmizlənməlidir:
"Ən vacib məqamlardan biri dərinin yatmazdan əvvəl təmizlənməsidir. Makiyaj vasitələrinin təbii və ya kimyəvi tərkibli olmasından asılı olmayaraq mütləq üz yatarkən təmizlənməlidir. Makiyajın üz dərisində qalması dərinin nəfəs almasına mane olur və nəticədə dəridə qocalma başlayır. Dərinin sağlam qalması üçün düzgün qulluq etmək, maskalardan, vitamin tərkibli qidalandırıcı, nəmləndirici kremlərdən istifadə etmək məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2531   Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

kosmetika mehsullari qadın geyimi kosmetoloq cizgi filmləri eroziya xesteliyi asan ariqlamagin yollari soyuqdəymə kosmetika cinsi novruz bayramına aid hakıştalar üzeyir hacıbəyli vetene aid bayati faydalı bilgilər